8 mart-Beynəlxalq Qadınlar Günü Hacıqabul rayonunda qeyd edilib
08.03.2014 [09:50]
8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatının təşəbbüsü ilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra Hacıqabul rayonunda yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilən toplantıda Azərbaycan qadınlarına həsr olunmuş qısametrajlı film nümayiş olunub.
Çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov qadınları bayram münasibətilə təbrik edib. Ə.Muxtarov bildirib ki, qadınlar istər cəmiyyətin inkişafında, istərsə sağlam ailənin formalaşmasında mühüm rola malikdirlər. Cəmiyyətdə qadınların rolunun danılmaz olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı Ümummilli liderimiz Heydər Əliyevin hər zaman Azərbaycan qadınlarına yüksək qiymət verdiyini bildirib. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs qadınlarımızın cəmiyyətin inkişafında ön sıralarda təmsil olunmasına geniş imkanlar açıb: “Partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev daima Azərbaycan qadınına böyük hörmətlə yanaşıb və onu yüksək dəyərləndirib. Bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətində qadınlarımız hər zaman bir örnək olaraq Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini nümunə göstərirlər”.
Daha sonra Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Fikrət Qasımov geniş məruzə ilə çıxış edib. Tədbirdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Azərbaycan qadınının tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, xalqımızın milli xüsusiyyətlərinə sadiqliyi ilə tanındığını vurğulayıb: “Prezident İlham Əliyev Azərbaycan qadınının istər cəmiyyətdə, istərsə də ailədəki zəhmətini yüksək dəyərləndirir. Azərbaycan qadını hər zaman ölkəsinin inkişafı, cəmiyyətin sağlam formalaşması istiqamətində bütün əziyyətlərə qatlaşmağa hazır olduğunu əyani şəkildə sübut edib”.
Tədbirdə çıxış edən Hacıqabul rayonu Təhsil şöbəsinin müdiri Şükür Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Saleh Ələskərov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Beydulla Qarayev, Mədəniyyət və turizm şöbəsinin müdiri Elnur Əmiraslanov və başqaları Azərbaycan qadınlarının hər zaman ən gözəl sözlərə layiq olduqlarını, onların fəaliyyətinin yüksək dəyərləndirildiyini deyiblər. Sonda bir qrup fəal qadınlara Hacıqabul rayon İcra Hakimiyyətinin, YAP Hacıqabul rayon təşkilatının, Gənclər və İdman İdarəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49

