Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qadınlar Şurasının üzvləri akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər

YAP Qadınlar Şurasının üzvləri akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər

28.04.2015 [10:20]

Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümüdür. Bu münasibətlə aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri Fəxri xiyabana gələrək akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Əvvəlcə, Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin məzarı önünə tər gül-çiçəklər düzülüb.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə YAP Qadınlar Şurası adından əklil qoyulub, gül dəstələri düzülüb. Ziyarətçilər Zərifə xanım Əliyevanın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30