/ / Nizami rayonunda YAP-ın yaranmasının 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verilib
Nizami rayonunda YAP-ın yaranmasının 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verilib
21.09.2017 [10:27]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi birgə 10-16 yaş kateqoriyalı uşaqlar və yeniyetmələr arasında kütləvi futbol yarışlarına start verib.
Yarışın hazırlıq görüşündə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın yaranması tarixindən, eləcə də yubiley münasibətilə keçiriləcək tədbirlərdən söz açıb.
Aparat rəhbəri qeyd edib ki, YAP siyasi-ictimai və ideoloji işlərlə yanaşı kütləvi idman tədbirlərinin keçirilməsi işinə də dəstək verir. Partiyamız gələcək nəslin sağlam və vətənpərvər ruhda yetişməsi və dövlətin gənclər siyasətinə dəstək məqsədilə ənənəvi olaraq bu cür kütləvi idman tədbirləri təşkil edir.
AFFA-nın rəsmisi, kütləvi futbolun koordinatoru, millinin keçmiş qapıçısı Cahangir Həsənzadə isə yarışın təşkili qaydaları haqqında danışıb.
Təxminən 3 min nəfərin iştirak edəcəyi yarışlarda peşəkar məşqçilərin, futbolçuların dəstəyi ilə futbol həvəskarları üçün master-klaslar təşkil olunacaq. Həmçinin yarışların final mərhələsində ayrı-ayrı klubların nümayəndələri, məşqçiləri də iştirak edəcək ki, burada da məqsəd həvəskar və qabiliyyətli futbolçuların peşəkar futbol həyatına qatılmasına həvəsləndirilməsi olacaq.
Sonda AFFA-nın nümayəndələri sualları cavablandırıb və yarışlara start verilib.
Qeyd edək ki, seçmə mərhələlərdən sonra noyabr ayında yarışın finalı baş tutacaq, qaliblər mükafatlandırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

