Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər

YAP Samux rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər

19.03.2021 [09:26]

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda yaralanmış Vətən övladlarını daim diqqətdə saxlayır. Vətən müharibəsində yaralanmış qazilər bu günlər növbəti dəfə ziyarət edilib. Ziyarətdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın nümayəndələri iştirak ediblər.
Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Sərkar kənd qazilərindən İsgəndərov Hüseyn Teymur oğlunu və Abuzərov Elvin Eldəniz oğlunu ziyarət ediblər. Ziyarətçilər yaralanmış hərbçilərin problemləri ilə maraqlanıb, onlara ərzaq yardımları çatdırıblar.
Keçirilən görüşlərdə qeyd olunub ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov da qaziləri ölkəmizin əldə etdiyi qələbə münasibətilə təbrik edib, göstərdikləri qəhrəmanlığa görə təşəkkürünü bildirib. O, qeyd edib ki, hər bir şəhid ailəsi, qazilər və Vətən müharibəsinin iştirakçıları daim dövlətimizin və ölkə rəhbərinin qayğısını bundan sonra da hiss edəcəklər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31