YAP-ın bölgələri təmsil edən fəal gəncləri ilə görüş keçirilib
28.04.2021 [09:45]
Aprelin 26-da və 27-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov partiyanın Şəki, Zaqatala, Balakən, Oğuz, Qəbələ, Qax, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, İsmayıllı, Göyçay, Şamaxı, Yardımlı, Masallı, Lənkəran, Lerik, Biləsuvar, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Beyləqan bölgələrini təmsil edən fəal gəncləri ilə onlayn formatda görüş keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərə bu görüşlərin məqsədi barədə məlumat verib. O bildirib ki, hazırda Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı erməni işğalından azad edib. Yüksək vətənpərvərlik ruhunda formalaşan Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad edilməsində mühüm rol oynayıblar və dövlətimizin başçısı gənclərimizin bu prosesdə rolunu xüsusi vurğulayıb.
Bəxtiyar İslamovun sözlərinə görə, qazanılmış parlaq Zəfər ölkəmizin qarşısında yeni imkanlar açır. Bu baxımdan, Azərbaycan gəncliyinin qarşısında da vacib vəzifələr dayanır. O diqqətə çatdırıb ki, YAP-ın VII qurultayında Partiyanın sədri, Prezident İlham Əliyev gənclər üçün dəyərli tövsiyələr verib və bu tövsiyələrin yerinə yetirilməsi başlıca hədəf olmalıdır.
Qeyd olunub ki, YAP Gənclər Birliyi fəaliyyətində yenilikçi ənənələrin, müasir dövrün çağırışlarının, texnologiyaların və innovasiyaların verdiyi imkanlardan istifadə edəcək. Təbii ki, burada milli adət-ənənələrimizə, tarixi köklərimizə də hər zaman istinad olunacaq. Bəxtiyar İslamov söyləyib ki, ölkə gənclərinin, o cümlədən partiyamızın gənclərinin üzərinə düşən əsas vəzifələr müstəqilliyimizi, dövlətçilik maraqlarını qorumaq, dövlətimizin başçısının siyasətinin uğurlarını cəmiyyətimizdə geniş şəkildə təbliğ etməkdir. Bu baxımdan tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur və partiyamızın gəncləri bu prosesdə fəal iştirak etməlidir.
Sonra görüşdə bölgələrdən olan gənclər həyata keçirdikləri işlərlə bağlı hesabatı əks etdirən təqdimatlarla çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23

