Azərbaycan dövləti gücləndikcə, insanların rifahı daha da yüksələcək
20.10.2010 [09:32]
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, partiyanın 19 saylı birinci seçki dairəsi üzrə deputatlığa namizədi Əli Əhmədov dünən Nərimanov rayonu, Təbriz küçəsi-100 ünvanında seçicilərlə görüşüb. Seçiciləri ilə görüşməkdən məmnun olduğunu bildirən Əli Əhmədov ötən beş il ərzində onların müraciətlərinin diqqətlə araşdırıldığını və qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görüldüyünü bildirib.
YAP Sədrinin müavini budəfəki görüşün isə qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı olduğunu qeyd edib: “Noyabrın 7-də səsvermə günü siz yenə də istədiyiniz namizədi seçə bilərsiniz. Bu sizin hüququnuzdur. Kimə səs versəniz, o, sizi Milli Məclisdə təmsil edəcək. Bizim isə çalışdığımız ondan ibarətdir ki, sizin düzgün seçiminiz olsun. Mən 5 il əvvəl sizin dəstəyinizlə Milli Məclisin üzvü seçilmişəm. 5 il ərzində 19 saylı Nərimanov birinci seçki dairəsinin sakinlərini, o cümlədən, sizləri təmsil etmişəm. Sizi Azərbaycan parlamentində təmsil etməyimdən qürur duyuram. ötən 5 il ərzində mənə göstərdiyiniz dəstəyi və etimadı doğrultmağa çalışmışam. İmkanım daxilində 19-cu dairə ərazisində yaşayan sakinlərin qaldırdıqları problemlərin həll olunmasına çalışmışam. Bu problemlərin əksəriyyətini həll edə bilmişik. Bu mənə göstərdiyiniz etimad qarşısında üzərimə götürdüyüm vəzifədir. Mən bunu kifayət qədər məsuliyyət hissi ilə dərk etmişəm. Milli Məclis qanunvericiliklə məşğul olsa da, millət vəkilləri kimi seçicilərə də diqqətlə yanaşmalıyıq. Qarşıdan gələn seçkilərdə də mənə etimad göstərsəniz, sizinlə bağlı olan problemlərin həll olunmasına bundan sonra da köməkliyimi göstərməyə çalışacam”.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Əli Əhmədov ötən 5 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, 2005-ci ildən indiyə qədər Azərbaycan böyük inkişaf yolu keçib və bu inkişaf hər birimizin gözü qarşısında baş verib: “Bu müddət ərzində ölkəmiz əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın dəyişməsi hər şeydən əvvəl, hər bir vətəndaşın yaşayışının, həyat tərzinin dəyişməsini, yaxşılaşmasını nəzərdə tutur. 5 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, yüksəlib. İqtisadiyyatın yüksəlməsi sayəsində həyat dəyişib, insanların əməkhaqları, pensiyaları artıb, şəhərlərimiz və kəndlərimiz gözəlləşib. O yerdə ki, 5 il əvvəl problem hiss edirdiniz, onların əksəriyyəti aradan qaldırılıb. Bu dəyişiklikləri kimsə danırsa, düzgün hərəkət etmir. Bununla demək istəmirəm ki, sizin heç bir probleminiz yoxdur. İnsanların 5 il əvvəlki yaşayışı ilə müqayisədə indiki yaşayış səviyyəsi xeyli yaxşılaşıb. Problemləri qaldırmasanız, o problemlər həll olunmaz. Biz görülən işlərlə yanaşı, qarşıda duran vəzifələrin həllini də nəzərdə tuturuq. Görülən işlərin hamısı insanların rifahının yüksəlməsinə xidmət edir. Hökumət qarşıda duran məsələləri də tədricən həll etməkdədir. Bütün işləri dərhal həll etmək mümkün deyil. Yaxın tariximizə nəzər salsaq, deyə bilərik ki, 10 il əvvəl sosial məsələlər ciddi idi, indi bu problemlərin çoxu həll olunub. Demək istəyirəm ki, hökumət ötən 5 il ərzində hər bir vətəndaşın həyatının yaxşılaşdırılmasından ötrü çox iş görüb. Yeni problemləri qaldırmaqla insanlar düzgün edir, çünki belə olanda müvafiq strukturlar həmin problemlərdən xəbər tutaraq onları həll edirlər”.
Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi insanlara xidmət etməkdir. Bu səbəbdən də ölkə vətəndaşları dövlət başçısının fəaliyyətini tamamilə dəstəkləyirlər.
Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən YAP Sədrinin müavini bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Əli Əhmədov deyib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünün aradan qaldırılması dövlətimizin əsas vəzifəsidir və bu istiqamətdə danışıqlar prosesi gedir. Azərbaycan bu münaqişənin ədalətli həllinin tərəfdarıdır. Torpaqlarımızın işğal altında olmasının ciddi sosial-humanitar problemlər də yaratdığını deyən Əli Əhmədov qeyd edib ki, münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət külli miqdarda vəsait xərcləyir: “5 il ərzində bütün çadır şəhərcikləri ləğv olunub. Bütün bunları deməkdə məqsədim odur ki, dövlətin insanlarımız üçün gördüyü gərgin işləri xatırlayaq. Bütün vətəndaşlar dövlət üçün vacibdir. ölkəmiz nə qədər güclənərsə, hər bir vətəndaş daha yaxşı, daha rahat, firavan, əmin-amanlıqla yaşayacaq”.
Başqa ölkələrdə baş verən problemləri, qanlı hadisələri xatırlayan deputatlığa namizəd Azərbaycanda sabitliyin təmin olunduğunu vurğulayıb. Təbii ki, Azərbaycan vətəndaşları bu sabitliyin, rahatlığın, əmin-amanlığın tərəfdarıdır.
“Bu dövlətin sahibi sizsiniz və buna görə də, ölkəmizin gələcəyi naminə seçkilərdə iştirak etməli, öz mövqeyinizi bildirməlisiniz. Mən sizə çox vədlər vermək niyyətində deyiləm. Amma bir vəd verirəm ki, əgər mənə yenə də etimad göstərsəniz, öz fəaliyyətimlə çalışacağam ki, məni özünüzə səlahiyyətli nümayəndə seçdiyiniz üçün peşiman olmayasınız” - deyə, Əli Əhmədov vurğulayıb.
Seçicilərdən Sultan Şahhüseynov qeyd edib ki, ötən beş il ərzində Əli Əhmədov millət vəkili kimi öz sözünün üstündə durdu, etdiyimiz müraciətlərin hamısına diqqətlə yanaşdı: “Əli Əhmədov millət vəkilimiz olmaqla yanaşı, nüfuzlu bir ziyalıdır. Biz onun Milli Məclisdə qanunvericilik işləri ilə də tanışıq. Deputatımız bizim sosial məsələlərimizə də diqqətlə yanaşıb və bu gün bizim qaz, işıq problemimiz yoxdur. çox şadıq ki, yenə də Əli Əhmədovun namizədliyi 19 saylı dairədən irəli sürülüb. Mən bütün ailəm və qohumlarım, tanışlarım ilə birgə ona səs verəcəm”.
Görüşdə iştirak edən digər seçicilər də bir millət vəkili kimi Əli Əhmədovun fəaliyyətindən razı olduqlarını bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

