"Güllələnmiş heykəllər və ruhlar şəhəri" - ŞUŞA
09.05.2012 [17:18]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) Ofisində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Şuşanın işğalı ilə bağlı həqiqətləri bir daha gənclərə və ölkə ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunmuş sərgidə “Şuşa işğaldan öncə”, “Şuşa işğaldan sonra”, “Ermənilərə yaraşmayan Şuşa”, “Şuşa od içində”, “Şuşalılar”, “Güllələnmiş heykəllər və ruhlar şəhəri”, “Abidələr şəhəri-Şuşa” mövzusunda olan fotoşəkillər nümayiş etdirilib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov YAP GB-nin Şuşanın işğal edilməsinin 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırladığını və aksiyalar həyata keçirdiyini söyləyib. Onun sözlərinə görə, YAP Gənclər Birliyinin hazırladığı Şuşanın işğalı ilə bağlı müraciət beynəlxalq təşkilatların katibliklərinə, bəzi dünya dövlətlərinin parlamentlərinə elektron poçt vasitəsilə ünvanlanıb. Keçirilən sərgi də məhz bu tədbirlər silsiləsindəndir.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP Gənclər Birliyi tərəfindən hazırlanan bu sərgi erməni vandalizmini, erməni vəhşiliyini açıq şəkildə təsəvvür etməyə imkan yaradır. Əli Əhmədov qeyd edib ki, sərgidə təqdim olunan şəkillərdə erməni işğalından sonra Şuşa şəhərinin necə xarabalığa çevrildiyi açıq-aydın görünür: “Eyni zamanda, bu şəkillərə baxanda biz bu gün Şuşa şəhərində kimlərin yaşadığını görürük. Vaxtilə Azərbaycanın ən dilbər mədəniyyət mərkəzlərindən olan Şuşada hansı insani keyfiyyətlərə-əgər onlara insan demək mümkündürsə, malik olanların yaşadığını görə bilirik. Bu gün güllələnən abidələrin şəkilləri nümayiş etdirilir. Hətta ermənilər görün hansı keyfiyyətlərə malik bir xalqdır ki, onlar heykəlləri də gülləyə tuturlar. Əlbəttə biz əminik ki, yaxın zamanlarda bütün Azərbaycan torpaqları, eyni zamanda, Azərbaycanın dilbər guşəsi olan Qarabağ, Şuşa azad olunacaqdır. Təbii ki, bu sadəcə arzu deyil, biz torpaqlarımızın azad edilməsi yönündə dayanmadan çalışırıq”.
YAP-ın Sədr müavini, həmçinin, deyib ki, dövlətimizin gücü, hərbi potensialımızın artması, iqtisadiyyatımızın möhkəmlənməsi, dövlətimizin dünya birliyində mövqelərinin güclənməsi yaxın zamanlarda Azərbaycanın haqqı, ədaləti bərpa etməsinə möhkəm baza yaradır. Bu mənada, digər çox ciddi amil ondan ibarətdir ki, Azərbaycanın gəncləri torpaqlarımızı azad etmək üçün tam hazırdırlar. “Zamanı gəlib çatanda sülh, danışıqlar yolu ilə torpaqlarımızın azad edilməsi potensialı tamamilə aradan qalxdıqda, dövlətimizin gücü, ordumuzun qüdrəti və insanlarımızın, ən əsası gənclərimizin qətiyyəti sayəsində bu torpaqlarımızı işğaldan azad edəcəyik. Hamımız buna hazır olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı buna hazır olmalıdır və güman edirəm ki, hazırdır. Əminəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Mən YAP Gənclər Birliyinin bu vətənpərvərlik aksiyasını yüksək qiymətləndirirəm. Əminəm ki, məhz bu gənclər torpaqlarımızın azadlığı uğrunda mübarizənin, qətiyyətin, əzmkarlığın önündə dayanacaq. Mən arzu edirəm ki, gələn il Şuşa, Azərbaycanın digər işğal altında olan əraziləri işğaldan tam azad olunsun”, - deyə Əli Əhmədov qeyd edib.
çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova qeyd edib ki, bu günlər hər birmiz üçün dərin kədər, həm də gələcəyə inam hissi ilə qeyd olunur. Millət vəkili bildirib ki, bu günlərdə respublikamızın hər yerində Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirdə Şuşanın Azərbaycan xalqının ictimai-siyasi həyatında hansı yeri tutduğu barədə fikirlərin səsləndiyini deyən B.Muradova qeyd edib ki, Şuşanın işğalı ermənilərə digər Azərbaycan torpaqlarını işğal etmək üçün “şərait” yaratdı: “Bu gün, eyni zamanda, torpaqlarımızın işğaldan azad edləcəyi ilə bağlı dərin inam ifadə olundu. Mən buna əminəm. çünki bu torpaq bizim torpağımızdır. Şəkillərə baxdıq və müqayisə imkanı yarandı. Bu gün ermənilər söyləyirlər ki, guya Şuşanı və digər regionları “azad” ediblər. Bir müqayisəni gətirək ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra erməni işğalı altında olan ərazilərimizin bir hissəsi azad edildi. Füzuli, Ağdam rayonlarının bir hissəsi, Dağlıq Qarabağın bir hissəsi olan həmin torpaqlar bu gün özünün inkişafını yaşayır, həmin torpaqlara can gəlir. Bu torpaqlar abadlaşır, orada geniş abadlıq layihələri həyata keçirilir. çünki həqiqətən, bu torpaqlar bizimdir və işğaldan azad olunmuş torpaqlardır. Amma Şuşadan olan görüntülərdən bir daha görürük ki, orada vəziyyət fərqlidir. Onlar bilirlər ki, orada müvəqqətidirlər, özgə torpağını zəbt ediblər. Onlar bilirlər ki, özgə ocağında xoşbəxt olmaq mümkün deyil. Ona görə də, bu gün işğal altında olan torpaqlarda erməni gəncləri qalmır. Məhz Ermənistanın özünün siyasəti nəticəsində evini-eşiyini itirmiş bir neçə erməni orada məskunlaşıb. Amma onlar Şuşanın sahibləri deyillər. Şuşanın əsl sahibləri Azərbaycan dövlətidir, azərbaycanlılardır. Biz bütün torpaqlarımıza sahib çıxacağıq. Bunun üçün bizim bütün imkanlarımız var. Azərbaycan dövlətinin yeritdiyi siyasət bu gün Azərbaycanın beynəlxalq aləmdə qazandığı yer, möhkəm mövqe, onun dünya siyasətində öz sözünü deməsi işğalda olan torpaqlarımızın azad olunmasına möhkəm zəmin yaradır. Biz öz torpaqlarımızın sahibi kimi o torpaqlara qayıdacağıq. Və elə Qarabağda yaşayan ermənilərə bizimlə bərabər yaşamaq hüququnu verəcəyik. Bu, Azərbaycan dövlətinin, Prezidentinin iradəsidir və Azərbaycan xalqının müqəddəs arzusudur. Mən əminəm ki, bu gün hər bir Azərbaycan gənci ayaqdadır və bu gəncliyin içində YAP Gənclər Birliyinin öz yeri var. Bu gün bu tədbirin təşkili ilə onlar öz siyasi münasibətlərini bildiriblər və lazımi anda digər şəkildə də öz münasibətlərini bildirməyə hazırdırlar”.
çıxış edən YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Samir Rəhimov bildirib ki, Şuşa şəhəri işğal olunan zaman onun 8 yaşı vardı: “Bu gün mənim 28 yaşım var. Mənim üçün işğal altında olan şəhərim haqqında danışmaq çox çətindir. Amma möhtərəm Prezidentimizin apardığı qətiyyətli və davamlı siyasi kurs işğal altında olan torpaqlarımızın azad ediləcəyi günü yaxınlaşdırıb. Mən hər bir Azərbaycan gənci kimi cənab Prezidentimizin bu siyasətini dəstəkləyirəm və hər zaman əsgər kimi torpaqlarımızın azad edilməsində iştiraka da hazıram”.
çıxış edən Şuşa şəhərinin sakini, məcburi köçkün Əyyub Əbdüləzimov da Şuşa şəhəri ilə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, hər bir şuşalı gözəl şəhərin azad ediləcəyi günü gözləyir.
Daha sonra gənclər hazırlanan stendlərlə yaxından tanış olublar və fotoşəkillərlə bağlı onlara geniş məlumat verilib.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

