Masallıda qısqanc ər arvadını qətlə yetirib, intihara cəhd etdi

Masallıda qısqanc ər arvadını qətlə yetirib, intihara cəhd etdi

İyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. 

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib. 

Araşdırma aparılır.