PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb
13.05.2024 [18:03]
Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu tədbirin PISA qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaratdığını söyləyib. Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadilələrinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib.
Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin illər ərzində şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib.
Açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş direktor əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur.
Daha sonra konfransa onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer tədbirin təşkili üçün Azərbaycana təşəkkür edib.
PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır.
Konfransda OECD-nin nümayəndəsi Maykl Vord “PISA 2022 nəticələrinə ümumi baxış: qlobal və regional trendlər” mövzusunda təqdimatla çıxış edib.
Konfransın ilk günü “Şagird nailiyyətləri: riyaziyyat, oxu və təbiət elmləri sahəsində şagirdlər nələr edə bilərlər?”, “Məktəb mühitinin şagirdlərin öyrənmə prosesinə dəstəyi”, “Müəllimlər üçün metodiki vəsait və peşəkar inkişaf təlimlərinin şagird nailiyyətlərinə təsiri” mövzularında panel sessiyaları keçirilib.
Sessiyalar çərçivəsində beynəlxalq nəticələr və ICESCO üzrə iştirakçı ölkələrin nəticələrinin müqayisəli təhlili, PISA-nın Azərbaycan üzrə nəticələri, onların qərarvermədə təsiri, gələcəyin bacarıqları və digər mövzularda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizin beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd edilib. Əlavə olaraq bildirilib ki, islam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək.
Konfrans mayın 14-də işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

