Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyan ATƏT-in Minsk qrupunun ləğvini mümkün hesab edir

Paşinyan ATƏT-in Minsk qrupunun ləğvini mümkün hesab edir

31.08.2024 [15:23]

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk qrupunun ləğvini mümkün sayır.

AZƏRTAC xəbər verir ki, Paşinyan bunu şənbə günü keçirdiyi mətbuat konfransında deyib. 

“ATƏT-in Minsk Qrupunun ləğvinə gəlincə, biz hesab edirik ki, dinc kontekstdə belə bir qərar qəbul oluna bilər və əgər sülh bitmiş nəticəyə çevrilərsə, o zaman bu formatın mövcudluğu suallar yarada bilər”, - deyə o bildirib. 

Xatırladaq ki, Azərbaycan tərəfi regiondakı mövcud reallıqlar fonunda ATƏT-in Minsk qrupuna artıq heç bir ehtiyac qalmadığını və onun ləğv olunması məsələsini dəfələrlə qaldırıb.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31