Bakıda “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu”nun açılış mərasimi olub
10.09.2024 [14:15]
Sentyabrın 9-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Gənclərin Həmrəyliyi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və İraq Türkmən Gənclərinin Forumu” başlayıb.
Gənclərin Həmrəyliyi İctimai Birliyindən Yeniazerbaycan.com-a bildirilib ki, proqram çərçivəsində əvvəlcə açılış mərasimi keçirilib, Gənclərin Həmrəyliyi İctimai Birliyinin İcraçı direktoru Ramilə El-oğlu tədbirin məqsədi, hədəfləri və gündəliyi ilə bağlı məlumat verib.
Daha sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə sektor müdiri Elşən Hüseynov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə, Türk ölkələri gənclər məsələləri üzrə ekspert Əkbər Qoşalı, Türk Dünyası məsələləri üzrə ekspert, jurnalist, filoloq İlqar İlkin və layihənin iştirakçılardan olan Mehdi Saadoon Jaafar çıxış ediblər, Azərbaycan və İraq Türkmən gənclərinin ictimai iştirakçılığı, onların əlaqələrinin gücləndirilməsi, gənclərlə iş sahəsində mövcud biliklərin ötürülməsi ilə bağlı öz fikir və təcrübələrini bölüşüblər.
Forum “Türk dünyasında gənclərlə iş, gənclərin yerli və beynəlxalq iştirakçılığının təşviqi üçün atılan addımlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Spiker qismində Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud, Dünya Türkologiya Mərkəzinin sədri, professor Güllü Yoloğlu və layihə iştirakçılardan Ali Hussein Ali Al-Bayati və Nebil Şahin iştirak ediblər. Panel müzakirəsi mövzu ətrafında fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və İraq arasında genişlənən ikitərəfli əlaqələr çərçivəsində gənclərlə iş sahəsində təcrübə mübadiləsi və şəbəkələşməni davamlı təşviq etmək, iki ölkə arasında türk xalqlarının qarşılıqlı əlaqələrinin gücləndirmək və gənclərin inkişafına töhfə verməkdən ibarətdir. Layihə çərçivəsində 14 İraq türkməni olan gəncdən ibarət nümayəndə heyətinin ölkəmizə 4 günlük səfəri, bu səfər çərçivəsində azərbaycanlı gənclərin də iştirakı ilə forumun keçirilməsi, gənclər üçün yaradılmış imkanlar və gənclər siyasətinə uyğun olaraq həyata keçirilən fəaliyyətlərlə bağlı tanışlıqlar nəzərdə tutulur. Sentyabrın 12-ə qədər davam edəcək layihədə müvafiq istiqamətdə qurumlar, gənclər təşkilatları ilə görüş və təlimlər təşkil ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

