BMT-nin GlobE Şəbəkəsinin Bakıda keçiriləcək Plenar Görüşünə hazırlıq işləri davam edir
10.04.2025 [22:16]
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarının beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri davam etdirilir. BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Şəbəkəsi) nümayəndələri təşkilatın mayın 19-23-də ölkəmizdə keçiriləcək Altıncı Plenar Görüşünə və İdarəetmə Komitəsinin Onuncu İclasına hazırlıq çərçivəsində Azərbaycana səfər ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində GlobE Şəbəkəsinin koordinatoru Rozitsa Zahariyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən qəbul edilib.
Azərbaycan Respublikası Prokurorluğunun rəhbər işçilərindən ibarət Yerli Təşkilat Komitəsi üzvlərinin iştirakı ilə keçirilən görüşdə Nazim Rəcəbov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan hüquqi və institusional islahatlar barədə geniş məlumat verib, Plenar Görüşə hazırlıq çərçivəsində ev sahibliyi edən ölkə kimi görülmüş işləri xarici nümayəndələrin diqqətinə çatdırıb.
Rozitsa Zahariyeva ölkəmizə səfərlə bağlı yüksək təəssüratlarını bölüşərək qarşıdan gələn tədbirlə bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən bu vaxtadək görülmüş təşkilati və hazırlıq işlərinə görə minnətdarlığını ifadə edib.
Daha sonra xarici nümayəndələrlə Yerli Təşkilat Komitəsinin üzvləri arasında tədbirə hazırlıq prosesinin ayrı-ayrı detallarının müzakirəsinə həsr olunmuş işçi görüş keçirilib.
Səfər zamanı qonaqlar, həmçinin beynəlxalq tədbirin keçiriləcəyi məkanlarla, habelə digər resurslarla yerində tanış olublar.
Qeyd edək ki, ötən ilin sentyabr ayında BMT-nin GlobE Şəbəkəsinin Çin Xalq Respublikasının paytaxtı Pekində təşkil olunmuş Beşinci Plenar Görüşündə növbəti analoji tədbirin 2025-ci ildə Bakıda keçirilməsi barədə Baş prokuror Kamran Əliyevin təşəbbüsü yekdilliklə dəstəklənərək qəbul edilib, habelə Azərbaycan 3 il müddətinə İdarəetmə Komitəsində təmsil olunacaq 15 ölkədən biri olaraq seçilib.
Ümumilikdə 126 ölkədən 232 hüquq-mühafizə orqanının üzvü, habelə 16 beynəlxalq təşkilatın müşahidəçi statusunda olduğu Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların bu sahədə birgə fəaliyyətinin təşkilinə, effektiv məlumat və təcrübə mübadiləsinə xidmət edən qlobal platformadır.
Bakıda keçiriləcək Altıncı Plenar Görüş və İdarəetmə Komitəsinin Onuncu İclasının rəsmi internet səhifəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

