Multikulturalizm Mərkəzi universitet müəllimləri üçün treninq keçirib
05.05.2025 [12:14]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ölkəmizin ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninq keçirib. Treninqdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərbi Kaspi Universiteti, Kooperasiya Universiteti, Quba Soyqırımı Memorial Kompleksi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından ümumilikdə 33 müəllim iştirak edib. Treninqdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, ADA Universitetinin professoru Nəriman Qasımoğlu, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri dosent Anar Qafarov, BBMM-in şöbə müdirləri Yadigar Məmmədli, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova və məsləhətçilər Tahirə Ələsgərova, Şahnaz Abdullayeva mühazirə oxuyublar. İştirakçılara “Multikulturalizmə giriş fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalizm və kommunitarizm yanaşmaları”, “Zərdüştilik, yəhudilik, buddizm, konfutsiçilik, daosizm, sintoizm, hinduizm, caynizm, xristianlıq, islam, qədim türk inancları”, “Multikulturalizm və media”, “Etnik müxtəliflik və milli ideya”, “Müasir dövrdə Qərb ölkələrində etnik-mədəni müxtəliflik və onun tənzimlənməsi”, “Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin siyasət modeli kimi” və “Etnik-mədəni müxtəlifliyin və multikulturalizm siyasətinin ölçülməsi, miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)” mövzularında mühazirələr təqdim edilib. Mövzulara dair mühazirə materialları müəllimlərə göndərilib. Treninqlər zamanı geniş diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin (Elm və təhsil nazirinin) müvafiq əmri ilə 2019-cu ilin sentyabrından etibarən, ölkəmizin bütün ali təhsil ocaqlarının bakalavr səviyyəsində “Multikulturalizmə giriş” fənni tədris edilir. Fənni tədris edəcək müəllimlərin bilik səviyyələrinin artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ildə iki dəfə treninqlər təşkil olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49

