Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / KTMT Qazaxıstana sülhməramlı missiya göndərib

KTMT Qazaxıstana sülhməramlı missiya göndərib

06.01.2022 [12:16]

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib.

Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.

Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.

Məlumatda o da qeyd olunub ki, KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.

KTMT sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Paylaş:
Baxılıb: 1517 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31