Azərbaycan XİN CHP-li deputata sərt cavab verdi
03.02.2022 [17:35]
"Vurğulamaq istərdik ki, Azərbaycan ilə qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, enerji sahəsində də açıq, tamamilə şəffaf, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mövcuddur.
Azərbaycan və Türkiyənin möhkəm işbirliyi, dostluğu və qardaşlığı əsasında, iki ölkə liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində reallaşan nəhəng və strateji Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir".
TANAP layihəsinin toplam investisiya məbləği 6,3 milyard ABŞ dollarıdır. Layihənin həyata keçirilməsi zamanı təmin edilən məşğulluq sayı pik vaxtlarda 15 min nəfərə çatıb və investisiya məbləğinin böyük hissəsi yerli istehsalçılar hesabına təmin edilib. Nəzərə alınmalıdır ki, TANAP layihəsi vasitəsilə Türkiyə sənayesinə və müvafiq sektorlara böyük əlavə dəyər təmin edilib. Xüsusilə vurğulamaq istərdik ki, bu layihədə qəbul olunan tariflər bütün beynəlxalq standartlara tam cavab verir. Türkiyə tərəfi, eyni zamanda, layihədə BOTAŞ şirkəti vasitəsilə 30 faiz ortaq olduğu üçün eyni miqdarda tranzit gəlirləri də qazanmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Aykut Ərdoğdunun Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əlaqələrlə bağlı, habelə iki ölkənin dövlət başçısına qarşı irəli sürdüyü tamamilə əsassız ittihamlarla bağlı KİV-in suallarını cavablandırarkən bildirib.
L.Abdullayeva deyib: “Qeyd etmək istərdik ki, Türkiyə Azərbaycan ilə yanaşı, Rusiya, İran, Qətər, Nigeriya və digər ölkələrdən təbii qaz idxal etməkdədir. Bu istehsalçılar arasında Azərbaycan tərəfindən təmin edilən təbii qazın qiyməti ən aşağı səviyyədədir. Burada vacib digər bir məqam ondan ibarətdir ki, təbii qaz qiymətlərinin ən pik həddə olduğu və qaz çatışmazlığının artdığı zamanda TANAP layihəsinin mövcudluğu, Türkiyə üçün həm iqtisadi, həm də sosial müstəvidə yeni imkanlar yaratmaqla yanaşı, Türkiyənin enerji təhlükəsizliyinin davamlılığını təmin edir.
Türkiyənin ən iri müəssisələrindən olan “Petkim”ə gəldikdə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə Respublikasında olan törəmə şirkəti “SOCAR Türkiyə” 2008-ci ildə 2 milyard 40 milyon ABŞ dolları investisiya ilə tam açıq və şəffaf tenderin qalibi olub. Növbəti illərdə “Petkim”ə qoyulan əlavə investisiyaların ümumi məbləği 1,2 milyard dollara çatıb.
Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin çoxmilyardlıq investisiyası əsasında “STAR” Neft emalı zavodunun tikintisi və onun “Petkim” neft-kimya zavodu ilə inteqrasiyası nəticəsində Türkiyə Respublikası ərazisində əlavə 2 milyard ABŞ dolları dəyərində məhsulların istehsalına şərait yaradıb. Belə ki, Türkiyədə əvvəllər həmin məhsulların xaricidən alınmasına 2 milyard ABŞ dolları xərclənirdi.
Azərbaycan və Türkiyə Respublikası arasında olan dostluq və qardaşlıq münasibətləri, ölkə rəhbərlərinin birgə səyləri nəticəsində yaradılan bu imkanlar bu günədək Azərbaycan tərəfindən Türkiyə ərazisinə 19 milyard ABŞ dollarından artıq investisiya qoyulmasına imkan yaradıb.
CHP millət vəkilinin Azərbaycan və Türkiyə liderlərinin guya ki, “qarışıq və qaranlıq əlaqələri” kimi təqdim etdiyi tamamilə əsassız ittihamları rədd edirik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın münasibətləri iki dövlətin milli maraqlarına əsaslanan qardaşlıq münasibətləridir. Məhz bu münasibətlər nəticəsində iki ölkə arasındakı strateji tərəfdaşlıq daha da möhkəmlənib, tarixi Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə ucalıb, iki xalq arasındakı qardaşlıq bağları heç bir zaman olmadığı qədər güclənib.
Əfsuslar olsun ki, bu, ilk dəfə deyil ki, CHP nümayəndəsi antiazərbaycan mövqeyindən çıxış edərək, əsassız iddialarla aranı qarışdırmağa çalışır. Lakin bu cəhdlərin heç bir perspektivi yoxdur, çünki Türkiyə-Azərbaycan münasibətlərinə hər hansı ermənipərəst siyasətçilərin manipulyasiyaları kölgə sala bilməz.
Azərbaycan tərəfi CHP millət vəkili tərəfindən irəli sürülən əsassız ittihamlara görə üzrxahlıq gözləyir. Əks təqdirdə, biz məsələnin hüquqi müstəvidə qaldırılması hüququnu özümüzdə saxlayırıq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

