Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiya XİN-in Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşması təəssüf doğurur - Nazirlik

Rusiya XİN-in Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşması təəssüf doğurur - Nazirlik

23.02.2022 [09:42]

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Federasiyası XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərhində deyilir.

"Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - məlumatda deyilir.

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30