Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyur
23.02.2022 [17:39]
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putinlə imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə xarakterik olan yüksək səviyyəli qarşılıqlı siyasi anlaşma və strateji əməkdaşlıq ruhu ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. İkitərəfli əlaqələrin inkişaf dinamikası olduqca müsbətdir. Belə ki, 30 ilə yaxın müddətdir ki, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdır. İqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf səviyyəsi günü-gündən yüksəlir. Həmçinin ölkələr arasında ticarət dövriyyəsi yüksəkdir. Bu baxımdan İlham Əliyevin Prezident kimi Rusiyaya 48-ci səfəri və Müttəfiqlik sənədinin hazırlanması, eyni zamanda tərəflər arasında razılaşdırılması uzun sürən proses olduğunu göstərir.
Azərbaycanla Rusiya arasında rəsmi diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, bundan sonrakı müddətdə Azərbaycan və Rusiya münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Vətən müharibəsindən sonra - 2021-ci ilin iyun ayının 15-də qardaş Türkiyə ilə müttəfiqlik münasibətləti haqqında Bəyannamənin imzalanması, bu gün isə növbəti diplomatik qələbəmiz olan Azərbaycanın milli maraqlarına xidmət edən sənədin imzalanması Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Qarşılıqlı müttəfiqlik haqqında bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcək”.
Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin Xarici İşlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi də öz əksini tapıb. Belə ki, 9-cu bəndə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər”.
Bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər yüksələn xətlə inkişaf etməkdədir.
Nihad Pənahov
Yeni Azərbaycan Partiyası
Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

