BMT dəki müzakirələr...
24.02.2022 [10:22]
Ukrayna məsələsinə təsiri olacaqmı?
Nardar BAYRAMLI
Ukraynadakı son hadisələri qiymətləndirmək üçün fevralın 24-də BMT Baş Assambleyasının növbəti iclası keçirıləcək. Bu barədə BMT Baş Assambleyasının sözçüsü Paulina Kubiak jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, BMT Baş Assambleyasının sessiyasında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək. P.Kubiak BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahidin sədrliyi ilə keçiriləcək iclasın gün ərzində davam edəcəyini və məsələ ilə bağlı hər hansı qərarın gözlənilmədiyini qeyd edib.
BMT Baş Assambleyasında keçirilən müzakirələr Ukrayna ətrafında baş verən proseslərə necə təsir edə bilər? Mövzu ilə bağlı qəzetimizə açıqlamasında politoloq Yalçın Hacızadə bildirib ki, Ukrayna uğrunda Qərb və Rusiya arasındakı mübarizə Donbas və Luqansk separatçı bölgələrinin Rusiya tərəfdən “müstəqil” ölkə kimi tanınması ilə davam edir. Onun sözlərinə görə, Krım da Rusiya tərəfindən 2014-cü ildə ilhaq edilən zaman məsələ BMT-nin qurumlarında bir neçə dəfə müzakirəyə çıxarılmışdı: “Bilirsiniz ki, BMT-nin vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq, bu məqsədlə sülhə qarşı olan təhlükənin qarşısını almaq və aradan qaldırmaq, təcavüz aktlarının və digər sülhün pozulması hallarını yatırtmaq, səmərəli kollektiv tədbirlər görmək və sülhün pozulmasına gətirib çıxara bilən beynəlxalq mübahisə və situasiyaların dinc vasitələrlə, ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasına və ya həll olunmasına müvəffəq olmaqdır. BMT-nin yaranma məqsədindən və Nizamnaməsindən doğan üzv dövlətlərin məsuliyyəti var. Beynəlxalq hüquqa görə də məsuliyyət - beynəlxalq hüquq pozuntusu nəticəsində digər dövlətə və ya dövlətlərə (və ya beynəlxalq hüququn başqa subyektlərinə) vurulmuş zərərin nəticələrini aradan qaldırmaq vəzifəsidir. BMT-nin Baş Assambleyası da təşkilatın əsas orqanlarından biri olaraq üzv dövlətlər arasında yaranan vəziyyətləri müzakirə etmək səlahiyyətinə malikdir. Baş Assambleyaya BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsi səlahiyyətləri də verilib”.
Politoloq qeyd edib ki, Ukrayna məsələsinə görə keçiriləcək Assambleya iclasında ehtimal ki, mövcud vəziyyət müzakirə ediləcək, Rusiyanın hərəkətləri pisləniləcək: “Bu qurumda qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır. BMT-nin qərarlarının məcburiliyi üçün onun Təhlükəsizlik Şurası tərəfindən qəbul edilməsi lazımdır. Ukrayna böhranı üçün Təhlükəsizlik Şurası tərəfindən sanksiya nəzərdə tutulan qərarın qəbul edilməsi ehtimalı da çox azdır. Çünki Rusiya da həmin Şuranın üzvüdür və özünə qarşı qərarın çıxmasına imkan verməz. Ümumiyyətlə isə, son bir neçə ildir Təhlükəsizlik Şurasına daxil olan əsas 5 ölkə arasında olan münasibətlərə görə Şuranın yekdil qərarı qəbul edilmir”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

