Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycanda səfərdədir
09.03.2022 [09:25]
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Bakıya səfərdədir.
Bu barədə "Report"a Böyük Britaniya səfirliyindən məlumat verilib.
Baronessa Nikolson, Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üç günlük səfər edir. Bu, Baronessa Nikolsonun Azərbaycana etdiyi 9-cu səfəridir.
Martın 9-dan etibarən başlayan səfərin əsas diqqəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında gələcək kommersiya imkanlarının araşdırılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdə Böyük Britaniyanın potensialının təşviqinə yönəldiləcək.
Səfər martın 11-də ikitərəfli münasibətlərin 30 illik yubileyini qeyd etmək məqsədilə britaniyalı memar Zaha Hadidin Bakıda layihələşdirdiyi dünyaca məşhur Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli mərasimlə başa çatacaq.Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bir sıra yüksək səviyyəli rəsmilərlə görüşəcək. Görüşlərin əsas müzakirə mövzusu alternativ enerji mənbələri daxil olmaqla regional eneji təhlükəsizliyi, iqlim dəyişmələrilə mübarizə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə Böyük Britaniyanın dəstəyi və bu ərazilərdə kommersiya imkanlarının daha da genişləndirilməsi olacaq. Baronessa Nikolson yeni təsis edilmiş Britaniyanın Azərbaycandakı Ticarət Palatası, Fintech, İKT və gəmiçilik sahələrində Britaniya şirkətləri və tərəfdaşlarla görüşəcək. Baronessa ADA universitetini və Heydər Əliyev Fondu və BP-nin dəstəklədiyi “Birgə və Sağlam” autizm mərkəzini də ziyarət edəcək.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson səfəri öncəsi paylaşdığı fikirlərdə aşağıdakıları qeyd edib:
“COVID pandemiyası səbəbindən iki illik fasilədən sonra Bakıya qayıda bilmək çox sevindiricidir. Şübhəsiz ki, neft-qaz sektoru və bunun Avropa üçün təmin etdiyi enerji təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir və gələcək onilliklər ərzində ölkələrimiz arasında ticarət əlaqələrimizin ana xətti olmaqda qalacaq. Bununla belə, Azərbaycana hər səfərimdə iki ölkə arasında əməkdaşlığın səhiyyə, İKT, maliyyə, yaşıl enerji və ya minaların təmizlənməsi kimi yeni sektorlara doğru necə genişləndiyini görmək xoş təəsürat bağışlayır.
Bu səfərimə əlavə dəyər qatan martın 11-də Böyük Britaniya-Azərbaycan ikitərəfli münasibətlərinin 30-cu ildönümünün qeyd olunması tədbiridir. Ölkələrimiz arasında münasibətlərin bütün müsbət tərəflərini tərənnüm etmək və paylaşmaq məqsədilə həm Xarici İşlər Nazirliyində, həm də Heydər Əliyev Mərkəzində keçirilən tədbirlərdə iştirak etməkdən məmnunam”.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

