Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nazir: Ermənistanla münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün qarşılıqlı tanımasından başqa alternativ yoxdur

Nazir: Ermənistanla münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün qarşılıqlı tanımasından başqa alternativ yoxdur

19.07.2022 [20:21]

Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü, suverenliyini qarşılıqlı tanımağa əsaslanmalıdır. Münasibətlərin normallaşdırılmasında bundan başqa alternativ yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuata birgə bəyanatında deyib.

“Avropa İttifaqı postmünaqişə dövründə mühüm rol oynayır. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini və dəstəyini alqışlayırıq. Brüssel görüşləri Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahın təmin edilməsi üçün çox faydalı idi”, - deyə nazir qeyd edib. 

Minatəmizləmə prosesinin postmünaqişə dövründə yenidənqurmanın əsas elementi olduğunu deyən C.Bayramov bildirib ki, ölkəmizin işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinə daha böyük beynəlxalq yardımın göstərilməsinə ehtiyac var. “Humanitar minatəmizləmə sahəsində göstərilən köməyə və son olaraq 4 milyon avroluq yardım paketinə görə Avropa İttifaqına minnətdarıq”, - deyə nazir vurğulayıb.

Paylaş:
Baxılıb: 444 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30