Bu torpaqları görməyi, Cıdır düzündə gəzməyi arzulayırdıq
22.07.2022 [10:26]
Dövlət qurumlarının nümayəndələri Şuşa təəssüratlarını “Yeni Azərbaycan”la bölüşdülər
Günel ABBASOVA
“Şuşa ili” çərçivəsində baş tutan tədbirlərdən biri də Şuşada jurnalistlər üçün yay məktəbinin təşkil olunması idi. İİTKM və MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə jurnalistlərlə yanaşı təlimçilər - məmurlar və dövlət qulluqçuları da iştirak edirdilər. Səfərin yekunundan etibarən jurnalistlər Şuşada gördükləri və təlimdə öyrəndikləri ilə bağlı məlumatları mediada yayımlayır. Şuşa səfərində ən azı jurnalistlər qədər həyəcanlı olan təlimçilər və təşkilatçılar isə təəssüratlarını “Yeni Azərbaycan”la bölüşdü.
Maliyyə Nazirliyi Aparatının OXÇHM-in direktor müavini Rəşad Həsənov bildirdi ki, tədbir biznes və maliyyə sahəsində çalışan jurnalistlərlə müvafiq dövlət qurumları nümayəndələrinin bir araya gəlməsi və dövlət maliyyəsinin idarə olunması, dövlətin büdcə-vergi, monetar siyasətləri, gömrük tənzimləməsi, bank və maliyyə sektorunun inkişafı və digər bu kimi mövzularda maraqlı fikir mübadiləsi aparması baxımından çox vacib və əhəmiyyətli idi: “Bu yay məktəbinin qədim və gözəl şəhərimiz, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi isə təlimlərə ayrıca bir gözəllik qatdı. Cənab Prezident tərəfindən elan olunmuş “Şuşa ili” çərçivəsində və Milli Mətbuat Günü ərəfəsində təşkil olunan yay məktəbi çox gözəl təəssüratlarla yadda qalmaqla yanaşı, jurnalistlər üçün də faydalı oldu. Hesab edirəm ki, Azərbaycanda da biznes və maliyyə sahəsində fəaliyyət göstərən kifayət qədər peşəkar jurnalistlər var. Bu yay məktəbi bizə həm də onlardan bəziləri ilə görüşmək və maraqlı fikir mübadiləsi aparmaq imkanı verdi”.
Mərkəzi Bankın Sığorta Fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib ki, işğaldan azad edilmiş torpaqlara ayaq basmaq tamam başqa bir hisdir: “Həmişə bu torpaqları gəlib görməyi, Cıdır düzündə gəzməyi arzu edirdik. Xəyalımıza belə gəlməzdi ki, bu arzularımız tezliklə reallaşacaq. Bu sevinci bizə nəsib edən Ali Baş Komandana, Ordumuza minnətdarlığımı bildirirəm. Səfər zamanı Vaqifin məqbərəsində, Şuşa qalasında və digər tarixi məkanlarda olduq. Təəssüratlarımız çox yüksəkdir. Səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Qədim diyarımız, mədəniyyət paytaxtımız Şuşadan yüksək təəssüratlarla ayrılırıq”.
Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərovun sözlərinə görə, 30 il düşmən tapdağı altında olmuş, bu gün Ali Baş Komandanın rəhbərliyi və müzəffər Ordumuzun rəşadəti ilə azad edilmiş torpaqları ziyarət etmək hər bir azərbaycanlı üçün böyük qürur hissi və baş ucalığıdır: “Yol boyunca qarşılaşdığım mənzərələr mənim üçün erməni vəhşiliyinin, vandalizminin, barbarlığının bir daha əyani sübutu oldu. Şuşada aparılan quruculuq işləri bu qəmgin hislərə bir növ təsəlli olurdu. Zəfər yolu, yeni, modern tipli aeroport, müasir yarımötürücü elektrik stansiyaları və s. işlər Qarabağın yenidən cənnətə çevrildiyinin göstəricisidir”.
Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev duyğularının bütövlükdə pozitiv olduğunu deyib. Bildirib ki, səfər çərçivəsində Şuşada indiyəqədərki və hazırda görülən işlərlə tanış olub: “Şuşanın tarixi yerlərində və bərpa işləri aparılan hissələrdə olduq. Ümumilikdə bələdçilərin danışdıqlarından aydın olur ki, Şuşanın bağlarında, yaşıllıqlarında baxımsızlıq hökm sürüb. Necə ki, bir uşaq yad adamın əlinə düşür, qeyri-insani rəftar görür, Şuşa da ermənilərin tapdağında elə qeyri-insani rəftar görüb. Arzu edirik ki, şuşalılar köçəndə bu yerlərə bir daha gəlmək qismət olsun. Torpağımız öz sahiblərinə qayıdıbsa, deməli, geri qalan hər şey yaxşı olacaq”.
Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin rəhbəri Elman Sadıqov tədbiri aktual hesab edərək bu gözəl tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib: “Tədbirin ən böyük əhəmiyyəti müqəddəs Şuşada keçirilməsi idi. Bunun özü insana ayrıca bir məsuliyyət verirdi. Təlimin özündə də Şuşada olmağın yüksək əhval-ruhiyyəsi hiss olunurdu. Şuşanın havasını alaraq təlim keçmək çox gözəl duyğu idi. Qeyd edim ki, təlim bu sahədə ixtisaslaşan jurnalistlər üçün çox önəmli idi. Hesab edirəm ki, aparılan fikir mübadilələrinin dinamikliyi, jurnalistlərlə dövlət orqanları arasında bağların möhkəmləndirilməsi, əlçatanlığın təmin olunması kontekstindən belə tədbirlər davamlı olmalıdır”.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün Şuşa şəhərində keçirilən təlimin nəticələrinin uğurlu olduğunu qeyd edib: “Bu təlim 2 gün ərzində jurnalistlərə müxtəlif dövlət qurumlarında mühüm post tutan təlimçilərlə bir çox iqtisadi mövzu barədə ətraflı fikir mübadiləsi etmək imkanı verdi. Bildiyimiz kimi jurnalistlər əsasən dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları ilə ünsiyyətdə olurlar və press relizlərdə əksini tapan məlumatlar əsasında xəbər hazırlayırlar. Bu təlimin maraqlı cəhətlərindən biri də “Çatam Hauz” qaydalarına uyğun olaraq müzakirələrin aparılması idi. Jurnalistlər iqtisadi sektorda çalışan dövlət qurumlarının nümayəndələri ilə onları düşündürən, aydınlaşdırmaq istədikləri məsələlər barədə fikirlərini bölüşdülər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafının Azərbaycan iqtisadiyyatına müsbət təsirlərini müzakirə etdilər. Əgər bu günə kimi onlar bir-birilərini qiyabi olaraq xəbərlərdən və press relizdəki məlumatlardan tanıyırdılarsa, indi mədəniyyət paytaxtımızda əyani şəkildə tanışlıq imkanı qazandılar. Düşünürəm ki, bu təlim biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlərin peşəkar inkişafına töhfə verəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi isə belə təlimlərin davamlı olaraq təşkilinə çalışacaq”.
İİTKM-in kommunikasiya departamentinin rəhbəri Zənurə Talıbova bildirib ki, yay məktəbi ilə bağlı ixtisaslaşmış jurnalistlərin dövlət qurumlarının əməkdaşları ilə görüşü uzun müddətdir müzakirə edilib: “Bu ilin “Şuşa ili” olmasını nəzərə alaraq tədbiri Şuşada keçirməyi planlaşdırdıq. Təlimin Şuşada baş tutması Yay məktəbinin zövqünü ikiqat artırırdı. Dağıdılmış abidələrlə bağlı bəzi təəssüf doğuran məqamlar var idi, ancaq bərpa işləri bizə yaxın gələcəkdə xeyli irəliləyişlərin olması ilə bağlı ümid verir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

