Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İmişlinin sabiq icra başçısı 12 il azadlıqdan məhrum edildi

İmişlinin sabiq icra başçısı 12 il azadlıqdan məhrum edildi

25.07.2022 [12:20]

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyev son söz deyib. O bildirib ki, ittihamlar əsaslandırılmayıb.

Təqsirləndirilən şəxs bildirib ki, vəzifədə olduğu müddətdə dövlətə və dövlətçiliyə xidmət edib. Vilyam Hacıyev xahiş edib ki, məhkəmə onun dövlətə xidmətlərini nəzərə alsın.

Hakimlər müşavirəyə yollanıb. Müşavirədən sonra prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V. Hacıyev 3 il dövlət orqanlarında vəzifə tutmaq qadağan edilməklə 12 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31