Ekoloji böhran - Meşə yanğınları
30.11.-0001 [00:00]
Səbəb nədir?
Yeganə BAYRAMOVA
Son illər dünyada meşə yanğınlarının geniş yayılması planetimizin təbiəti üçün böyük təhlükə törədir. Onların qarşısının alınmasına yönəldilən bütün iqtisadi və texnoloji tədbirlərə baxmayaraq, bu mümkün olmur. Mütəxəssislər əsas səbəbi yanğınların idarə olunması siyasətinin düzgün qurulmamasında görürlər. Lakin illər boyu aparılan mübarizə effektli olmayıb, meşələrin yanğından tam qorunması işində uğur əldə edilməyib. Meşə yanğınlarının artmasının digər səbəbi kimi qlobal iqlim dəyişikliyi fonunda meydana çıxan temperatur yüksəlmələri göstərilir. Dünyanın müxtəlif yerlərindən götürülən dərin buz nümunələrinin analizi göstərir ki, 20-ci yüzildəki istiləşmə səviyyəsi ən azı son 6 əsrdəki isinmə qədər olub. Ancaq zaman keçdikcə bu istiləşmənin yol açdığı quraqlıq meşə yanğınlarının da getdikcə artmasına təsir göstərir.
Türkiyə İqlim Dəyişikliyi qurumunun 2007-ci ildə yaydığı məlumata görə, son 50 ildə bu ölkənin qərb vilayətlərində yağıntılar böyük ölçüdə azalıb, yayın qızmar günlərinin sayı isə artıb. Mütəxəssislər Türkiyəni qlobal istiləşmədən ən çox təsirlənəcək ölkə olaraq qiymətləndirib, bunun səbəbini qarışıq iqlim quruluşu ilə izah ediblər. Əgər qlobal iqlim dəyişikliyini şərtləndirən amillərə qarşı təsirli tədbirlər görülməsə, 2080-ci ildə Türkiyədə ortalama temperaturun 3-4 dərəcə artacağı gözlənilir.
Dünyada və Türkiyədə meşə yanğınları
Dünyada son illər meydana çıxan meşə yanğınlarının sahəsinin genişlənməsi, sayının artması müşahidə olunur. 1825-ci ildə Kanadanın Nyu-Brunsvik (New Brunswick) əyalətində baş verən və 1 milyon 2 yüz min hektar ərazini tamamilə məhv edən yanğın hələ ki dünyanın ən böyük meşə yanğınıdır. Yaxın keçmişə baxdıqda dünyada son 10 ildə çox böyük yanğınların baş verdiyini görürük. 2007-ci ildə Yunanıstanda 271.350 hektar, 2009-cu ildə Avstraliyada 450.000 hektar, 2010-cu ildə Rusiyada 500.000, Boliviyada 25.000 hektar yanaraq, külə dönüb.
2019-cu ildə Amazoniyada meşə yanğınları
ABŞ meşə təşkilatı meşə yanğınları ilə mübarizədə tətbiq olunan üsulların uğursuzluğunu aşkara çıxarıb. İkinci dünya müharibəsindən 1970-ci illərə qədər aqressiv söndürmə metodlarında və sərf olunan maliyyədə 8 faiz artım olsa da, yanğınlar daha da artıb. Odur ki, yanğınsöndürmə xərclərini azaldan siyasət aparmağa başlayıblar. Türkiyədə də son texnoloji inkişafa, müasir vasitələrə və üsullara baxmayaraq, yanğın statistikasında ciddi dəyişiklik müşahidə olunmur. Son 10 illik dövrə nəzər saldıqda mübarizə tədbirlərinin xeyli artırılmasına baxmayaraq, yanan sahələrin azalmadığı müşahidə olunur.
2020-ci ilin yanvar ayında Avstraliya da od içindəydi və yanğınların sonu görünmürdü. Meşə yanğını risklərinin bütün dünyada artacağı gözlənilir. Ekspertlər yanğınların sayının artmasına və miqyaslarının böyüməsinə səbəb olan amilləri sadalayıblar.
Yanğınlardan əvvəl Avstraliyada da quraqlıq və isti hava müşahidə olunmuşdu. Daha sonra onlarla insanın öldüyü, milyar?larla bitki və heyvanın kül olduğu güclü yanğınlar başladı, böyük regionlar elektriksiz qaldı, qitənin yarısını tüstü bürüdü. Avstraliyada hər il yanğınlar baş verir, ancaq ötən ilki zərərlərin miqyası ekstremal dərəcədə böyük oldu.
Dənizin istiləşməsi yanğına yol açır
Meşə yanğınlarının əmələgəlmə səbəbləri çoxdur, lakin ekspertlər yanğınların çoxalması ilə dünya okeanındakı suyun hərarətinin artması arasında əlaqə görürlər. Uzun araşdırmalardan sonra 19-cu yü?ildən bəri planetin orta temperaturunun 1, okeanın səthindəki suyun hərarətinin isə 0,8 dərəcə yüksəldiyini söyləyənlər var. Okean nə qədər isti olarsa, enerjisi bir o qədər azalır və CO2 (karbon qazı) atmosferdən su çəkir. Alfred Veqener adına qütb və dəniz araşdırmaları İnstitutunun direktor müavini Karen Uiltşir söyləyib ki, kondisioner otaq üçün nədirsə, okean da planet üçün odur.
Son günlər Türkiyədə yenidən meşə yanğınlarının sayı artıb. 5 gün öncə Mersinin Topaşır rayonunda meşə yanğını baş verib. Yanğınla mübarizəyə 6 helikopter, 23 yanğınsöndürən maşını və çoxlu sayda canlı qüvvə cəlb olunub. Balıkəsirin Susurluk rayonunda da meşədə yanğın olub. Yanğınsöndürənlər havadan və yerdən 7 saatlıq müdaxilə ilə yanğını nəzarətə götürüb.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Azərbaycanda da bir neçə meşə yanğını baş vermişdi. Yanğınlardan sonra, hətta Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbərdarlıq da etmişdi.
Meşə yanğınlarının səbəbi nədir?
Ekoloq Vaqif Əliyevin “Yeni Azərbaycan”a açıqlamasına görə, meşə yanğınları əsasən əhalinin səhvinə görə baş verir. Meşələrdə tonqal qalayıb, piknik etmək, ov etmək, ot çalmaq və s. bu kimi ehtiyyatsızlıq yanğına gətirib çıxara bilir: “Meşə yanğınları zamanı təkcə ağaclar deyil, digər canlılar, həşəratlar, heyvanlar da məhv olur. Belə yanğınlar meşə təsərrüfatlarına zərər vurur”.
Ekspert qeyd edir ki, meşə yanğınlarının qarşısının alınması üçün müəyyən işləri Ekologiya Nazirliyinin Meşə Təsərrüfatı şöbəsi görür. Amma bu yanğınların baş verməməsi üçün hamı çalışmalıdır: “Meşə yanğınlarının əsas baş vermə səbəbi ehtiyyatsızlıqdır. Bununla yanaşı, əkin sahələrinin, yaşayış məntəqlərinin meşə sahələrinə yaxın olması da yanğınlara səbəb olur. Meşədə kor-koranə tonqal qalanması, gedərkən qalan ocağın söndürülməməsi, siqaret kötüklərinin söndürülmədən atılması, uşaqların meşədə odla oynaması və s. meşə yanğınlarına səbəb olur. Bundan başqa, bəzən meşələrə piknik üçün gedənlər şüşə qırıntılarını da elə meşədə buraxırlar. Bəzən isti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və bu zaman yaranan qığılcım yanğına səbəb ola bilər”.
Ekoloq hesab edir ki, meşə yanğınlarının qarşısının alınması üçün hamıda məsuliyyət olmalıdır: “Xüsusən, yaxınlıqda əkin sahələri olan əkinçilər sahələr biçildikdən sonra, guya, torpağın canlanması üçün biçilmiş əraziləri yandırırlar. Bu səbəblə dəfələrlə meşə yanğınları olub. Onlarla bağlı müvafiq tədbirlər görülüb. 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı fermerlərə müraciət etdi. Qeyd edilmişdi ki, əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə 2017-ci ildə torpaq qanunvericiliyinə dəyişiklik edilib. Belə yanğınların törədilməsi qadağan edilib. Və İnzibati Xətalar Məcəlləsində görə, əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə edilirlər”.
V.Əliyevin sözlərinə görə, biçindən sonra ərazinin yandırılmasının torpaq üçün faydalı olduğunu düşünən fermerlər, bu yanğının əraziyə necə təsir edəcəyini açıqladı: “Yanğın zamanı təkcə küləş yanmır, eyni zamanda yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Bu da məhsuldarlığın aşağı düşməsinə, torpağın zəifləməsinə səbəb olur.
Türkiyədə bir neçə gündür meşə yanğınları davam edir. Bu da insan əlinin işidir. Meşələr özbaşına yana bilməz. Bu səbəbdən də diqqətli olmaq lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

