Qarabağda yayılan 121 nadir bitki “Qırmızı kitab”-a salınacaq
10.10.2022 [12:13]
"Alimlərin apardığı araşdırmaların nəticələri göstərir ki, “Qırmızı kitab”a salınmalı olan bitkilərin siyahısı 2 dəfə artıb".
Bunu Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva APA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, 30 il işğala məruz qalmış, unikal florası ilə məşhur olan Qarabağda yayılan 121 nadir Azərbaycan və Qafqaz endemikləri var ki, onların çox hissəsinin III nəşrə daxil edilməsi zərurəti yaranıb:
"121 Qarabağ növündən cəmi 58-i II nəşrdə qiymətləndirilib. Botanika İnstitutunun əməkdaşları, həm də digər müəssisələrdə çalışan botaniklər yeni siyahılar tərtib edib. Lakin bu siyahılarda adları çəkilən bitkilərin hər biri "Qırmızı kitab”- ın beynəlxalq qiymətləndirmə metodu olan IUCN Qırmızı siyahısı üzrə qiymətləndirilməli, onların xəritələri tərtib edilməlidir. Ümumi siyahılara diqqət etdikdə görünür ki, dəqiqləşdirilmiş 50 növ və tam dəqiqləşdirilməmiş (IUCN qiymətləndirilmə üzrə) 100-dən çox növ var ki, nadirlik statusundadır”.
Alim əlavə edib ki, son tədqiqatlara görə, hazırda ali bitkilərin ən azı 10 %-i nadir və məhv olmaq təhlükəsi altındadır.
"Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların böyük bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və b. əhəmiyyətlidirlər, ona görə də təbiətdən kütləvi toplanaraq nadirləşirlər. Həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmalıdır. Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşan və Naxçıvan MR-nın “Qırmızı kitab”a daxil edilməyən 25, Gəncə-Qazax ərazisindən 33, Qarabağdan 121 endemik növdən yalnız ərazi florası ilə məhdudlaşan 60-dan çox növ, Böyük Qafqazdan 11 növün daxil edilməsi məqsədəuyğundur. Bundan başqa, Qafqaz üçün yeni təyin edilmiş növlər var ki, onların yeganə yayılma mərkəzi Azərbaycan florasıdır. Onların da yeni siyahıda yer alması vacibdir. Belə hesab edilir ki, Azərbaycanın “Qırmızı kitab”nın III nəşrinə 300-ə qədər növ daxil ediləcək, bununla bahəm 150-dən çox növ çəhrayı siyahıya salınacaq” - Səyyarə İbadullayeva bildirib.
“Qırmızı kitab”- ın III nəşri ilə bağlı yekunlaşma tarixinə gəldikdə isə o bildirib ki, işlər tam olaraq gələn ilin mayına qədər bitəcək.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

