YAP Azərbaycanın aparıcı siyasi qüvvəsidir
19.11.2022 [10:53]
İctimai-siyasi və tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ötən 30 ildə dövlət müstəqilliyimizin möhkəmləndirilməsində inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında böyük xidmətlər göstərib. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirən avanqard siyasi qüvvədir. Mövcud olan ayrı-ayrı siyasi partiyalar ölkənin milli maraqlarını, təhlükəsizliyini qorumaq əvəzinə hakimiyyət uğrunda mübarizə aparırdılar. Buna görə də, ölkə daxilində hərc-mərclik, xaos, ciddi böhran yaranmışdı. Ölkəmizi düşdüyü bu bəladan, məhv olmaq təhlükəsindən xilas etmək üçün Azərbaycan xalqının görkəmli ziyalıları, tanınmış insanlar ümumilli lider Heydər Əliyevə müraciət etdilər. Zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan ümumilli liderimiz Heydər Əliyev belə partiyanın yaradılmasına ehtiyac olduğunu görürdü. Ona görə də tanınmış 91 nəfər ziyalı Ümumilli Liderimizə 1992-ci il 16 oktyabr tarixində müraciət etdi: “Sizdən xahiş edirik ki, yaranan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycanın bütün bölgələrindən bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq Lider Siz ola bilərsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar. Respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Son söz olaraq bildirilirdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir”. Ulu öndər Heydər Əliyev cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Bu barədə də ulu öndər Heydər Əliyev Respublika sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci il dönümü münasibətilə keçirilən təntənəli yığıncaqdakı nitqində belə demişdir: “91-lərin mənə müraciətindən əvvəl Sirus Təbrizli böyük bir məqalə dərc etmişdir ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının-ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə cavabım müsbət oldu”:
Beləliklə, AXC-Müsavat cütlüyünün yaratdıqları təzyiqlərə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. Çoxlu sayda təzyiqlərə baxmayaraq, qısa müddətdə insanlar Yeni Azərbaycan Partiyasına üzv olmağa başladılar. Ulu Öndər demişdir: “Bu partiyaya hər kəs öz könülü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır”.
Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası iqtidara gəldikdən sonra digər siyasi partiyalara qanunlar əsasında fəaliyyət göstərməyə əlverişli şərait yaratdı.
Ömrünü öz xalqına və dövlətinə xidmətə həsr edən ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam və dəstəyi artırdı. Qısa müddətdə ümumxalq partiyasına çevrilərək müstəqil Azərbaycanın inkişafını təmin etdi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında demişdir:
“...Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyanızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar: Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir”.
Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası tamamilə yeni keyfiyyət mərhələsində inkişafını davam etdirir. Üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan Yeni Azərbaycan Partiyası nəinki Cənubi Qafqazın, eləcə də yaxın coğrafiyanın ən güclü, mütəşəkkil, yüksək intellektual potensiala malik olan siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası nəinki qələbələr qazanan, eyni zamanda bu qələbələri uzun müddət qoruyub saxlamağı bacaran nadir partiyalardandır. Bu qələbələrin əsasında isə hər şeydən öncə azərbaycançılıq, vətənsevərlik, varislik, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət dayanır. Yeni Azərbaycan Partiyası liderimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm zəfərlərə imza atmağa davam edəcəkdir. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir.
Ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, inkişafında, torpaqlarımızın azad olunaraq Yeni infrastrukturların yaradılmasında, Qarabağımızın inkişafında Yeni Azərbaycan Partiyasının misilsiz xidmətləri, böyük rolu var. Belə ki ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxartdığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib. 44 günlük vətən müharibəsində Müzəffər Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi Yeni Azərbaycan Partiyası üzvlərinin də şücaət göstərmələri sübut etdi ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu nailiyyətlərin, uğurların qazanılmasına səbəb Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.
Səbail rayonu, YAP “Ü.Hacıbəyov-68” ƏPT sədri, ADPU-nun dosenti:
Qurbanov S.Ş
Xəbər lenti
Hamısına baxDünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52

