Uğursuz Daşaltı əməliyyatından 31 il ötür
26.01.2023 [10:24]
44 günlük Vətən müharibəsində kəndi işğaldan azad edən rəşadətli ordumuz şəhidlərimizin qanını yerdə qoymadı
NARDAR
Bu gün Birinci Qarabağ müharibəsinin hərbi əməliyyatlarından olan Daşaltı əməliyyatından 31 il ötür. 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlayan və yanvarın 26-da axşam saatlarında başa çatan Daşaltı əməliyyatı Azərbaycan Ordusu üçün uğursuzluqla nəticələnib. 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu dünya hərb tarixinə ən nümunəvi döyüşlərdən biri kimi daxil olmuş çətin Şuşa əməliyyatı ilə kəndi işğaldan azad edib.
Xatırladaq ki, 1992-ci ilin yanvarında Qarabağda ağır vəziyyət yaranmışdı. Bakıda hökm sürən ictimai-siyasi gərginlik və hərc-mərclik cəbhə bölgəsindəki vəziyyəti daha da ağırlaşdırmışdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Belə ki, Ermənistan ordusu Şuşa-Laçın magistralının kənarında yerləşən Daşaltı kəndindən Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyat vasitələrinə atəş açırdı. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan hərbi komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyat keçirmək qərarı qəbul etdi.
Qeyd etdiyimiz kimi, Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də axşam saat 20:00-da başlandı və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatdı. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu 90-dan artıq şəhid verdi. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak etmişdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan taqımlarımız düşmənin pusqusuna düşdü, kəndə daxil olmuş bir neçə taqım isə itki verərək geri çəkildi. Döyüşdə ermənilər də bir neçə texnika və 80-?ə yaxın canlı qüvvə itirdi.
Bu əməliyyatın uğursuzluğu o dövrdə Azərbaycan qoşunlarının döyüş ruhuna mənfi təsir etdi, eləcə də əhalidə ruh düşkünlüyü yaratdı. Uğursuz Daşaltı əməliyyatı Şuşanın işğalına səbəb olan amillərdən biri idi. 28 ildən sonra qəhrəman əsgərlərimiz Daşaltı kəndini erməni işğalından azad etməklə Şuşaya yol açdı. Hərb tarixinin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər ordumuz 28 il əvvəlki ləkəni təmizlədi, şəhidlərimizin qanı yerdə qalmadı. Bu zəfərlə xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini də doldurub, tarixi ədaləti bərpa etdi. Daşaltı kəndi Şuşanın 300-400 metr yaxınlığında yerləşir. Azərbaycan Ordusunun bu kəndi işğaldan azad etməsi, düşmən qüvvələrini darmadağın etməsi qarşı tərəfin müqavimətini, döyüş əzmini qırdı. Əlverişli strateji mövqedə yerləşən və işğal dövründə gücləndirilən Daşaltı düşmənin son ümid nöqtəsi idi. Erməni əsgərləri burada ordumuzun qarşısını ala biləcəklərini düşünürdülər. Lakin ordumuz burada düşməni darmadağın edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad edilmiş digər ərazilər kimi Daşaltı kəndində də olub, kəndin bərpası üçün lazımi tapşırıqlarını verib. Kənddə yaşayış evlərinin bərpa olunması ilə yanaşı, onun turizm imkanlarından da geniş istifadə olunacaq. Çünki Daşaltı füsunkar təbiətə malikdir. Artıq ötən il “Daşaltı kəndinin Turizm İnkişafı Konsepsiyası”nın təqdimatı keçirilib. Daşaltı kəndində turizm mərkəzi də tikiləcək. Beləliklə, qısa zamanda Daşaltı bərpa olunaraq Azərbaycanın, Qarabağın gözəl bir guşəsinə çevriləcək!
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

