Zelenski Baydendən nə istəyəcək?
17.02.2023 [10:59]
Nicat Dilqəmli
Xarici mətbuatda Ukrayna prezidentinin Polşada ABŞ prezident ilə görüşünün planlaşdırıldığı ilə bağlı məlumatlar yayılmaqdadır. Polşa tərəfi təhlükəsizlik qaydaları səbəbindən görüş haqqında hər hansı bir məlumat verməsə də, müəyyən detallar (ehtimallar) diqqətdən kənarda qalmayıb. Belə ki, Ukrayna hakimiyyətinə yaxın mənbələr görüşlə bağlı hazırlıqların bitmək üzrə olduğunu qeyd ediblər: “Qeyri-adi heç nə baş verməsə, o zaman Ukrayna prezidenti Volodimir Zelenksi yaxın vaxtlarda Polşaya rəsmi səfər edəcək. Biz buna hazırlığı bitiririk”.
Ukrayna prezidenti də ehtimal edilən görüş barədə fikirlərini mətbuata səsləndirib. Zelenksi bu barədə İsveçin baş naziri U.Kristersonla birgə Kiyevdə keçirilən mətbuat konfransında danışıb. O bildirib ki, ABŞ lideri “imkanı yarandıqda” Ukraynaya səfər edə bilər: “Hərdən Baydenlə görüşürük. Əlbəttə, bilirsiniz ki, biz onu dəvət etmişik və onun imkanı yarandıqda, düşünürəm ki, böyük məmnuniyyətlə Ukraynaya səfər edəcək. Bu, cəmiyyətimiz üçün mühüm dəstək siqnalıdır”. Ukrayna prezidenti Baydenlə müxtəlif əlaqə vasitələrinin olduğunu da diqqətə çatdırıb. “Onların böyük dəstəyinə görə minnətdarıq”, - deyə V.Zelenksi fikirlərinə yekun vurub.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən Zelenksi dörd Avropa paytaxtına səfər edib. Bunlar Vaşinqton, London, Paris və Brüsseldir. Bundan başqa, Ukrayna prezidentinin Polşaya iki səfəri baş tutub. Ötən ilin fevral ayının 9-da və dekabrın 22-də o, Rzeşovda Polşa prezidenti Anjey Duda ilə görüşüb.
Qeyd edək ki, Co Baydenin Polşada 20-22 fevral tarixlərində olacağı gözlənilir.
Təbii ki, hazırda maraqlı olan əsas məqamlardan biri də Polşada reallaşması planlaşdırılan görüşdə müzakirə ediləcək məsələlərin hansı sahələri əhatə edəcəyi ilə bağlıdır. Siyasi analitiklərin proqnozlarına görə, Zelenksi ilə Bayden görüşündə əsasən yeni hərbi texnikanın əldə olunması, hərbi məsələlər üzrə bir çox digər önəmli məqamlar barədə müzakirə aparılacaq.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə deyir ki, görüşdə müzakirə ediləcək bir çox məsələlər var. Politoloq Ukraynanın bu günə qədər əldə etdiyi hərbi texnikaya qulluq məsələsi ilə bağlı danışıqların aparılacağını da istisna etmir: “Burada müzakirə mövzusu ola biləcək bir çox məsələlər var. F-16-lar, tanklar, raket əleyhinə sistemlərin alınması - bütün bu kimi məsələlər müzakirə obyektinə çevriləcək. Digər tərəfdən, yeni raketlərin alınması, bundan başqa, ABŞ-dan alınmış hərbi texnikanın təchizatı ilə bağlı məsələlər müzakirə olunacaq. Doğrudur, müxtəlif hərbi texnikaları artıq onsuz da alırlar, amma həmin mürəkkəb qurğulara texniki qulluğun göstərilməsi də olduqca vacib olan məqamlardandır. Bunun üçün xüsusi cihazlara, bu işlə məşğul olan peşəkar mühəndislərə ehtiyac var. Yəni, burada müzakirə edilməli olan bir çox mövzular var və düşünürəm ki, görüşdə bütün bu mətləblər ətrafında müzakirələr aparılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

