/ / Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır
Azərbaycan Prezidentinin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılır
15.03.2023 [13:39]
Xəbər verdiyimiz kimi, martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ikinci konfransı keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Konfransın əsas nəticələrindən biri Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması barədə qərarın qəbul edilməsi olub.
Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin təklif etdiyi və üzv parlamentlərin yekdilliklə dəstəklədiyi bu qərara əsasən, Parlament Şəbəkəsi çərçivəsində yaradılacaq Parlament Dəstək Qrupunun əsas məqsədi Prezident İlham Əliyevin Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəklə bağlı Qlobal Çağırışlar və Pandemiyadan sonrakı qlobal bərpa mövzusunda müvafiq tövsiyələrin hazırlanması məqsədilə yüksək səviyyəli BMT panelinin yaradılması barədə qurumun Baş katibinə çağırış təşəbbüslərinin qlobal miqyasda dəstəklənməsi və təşviq olunmasıdır.
Konfransın yekun sənədi kimi qəbul olunmuş Manama Bəyannaməsi isə üzv parlamentlərin müasir dövrün çağırışları və əməkdaşlıq imkanlarına, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin hazırkı və gələcək fəaliyyət prioritetlərinə dair vahid mövqeyini əks etdirir.
Tədbirdə, həmçinin "Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində beynəlxalq parlament təşkilatlarına müşahidəçi statusunun verilməsi haqqında" qərar qəbul olunub. Bu qərarla İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusu verilib. Digər beynəlxalq parlament təşkilatlarının Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa olan marağı Parlament Şəbəkəsinin beynəlxalq parlament diplomatiyasında rolunun güclənməkdə olduğunu göstərir.
Konfransda Parlament Şəbəkəsinin iş qaydalarına bir sıra dəyişikliklərə dair qərar da qəbul edilib ki, bu da Şəbəkənin daha çevik və daha effektiv fəaliyyətinin təmin olunması məqsədi daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

