9-cu şəhər...
07.04.2023 [10:52]
Şuşa - İsfara qardaşlaşıb
Günel ABBASOVA
Şəhərlərin qardaşlaşması müxtəlif mədəniyyətlərin harmoniyası üçün ən optimal versiyalardan biridir. Tarixi incimiz olan Şuşanın nəinki Azərbaycanda, ümumilikdə, bütün Türk dünyasında xüsusi yeri və əhəmiyyəti olduğunu qeyd etmək lazımdır. Şuşa şəhərinin mədəniyyət paytaxtımız elan edilməsi, ötən ilin “Şuşa İli” olması onu göstərir ki, dövlət başçımızın da Şuşaya xüsusi diqqəti var. Şuşaya verilən önəm həm Azərbaycanda, həm də bütün Türk dünyasında yüksək dəyərləndirilir. Bir neçə gün əvvəl Şuşa və Tacikistanın İsfara şəhərləri arasında qardaşlaşma protokolunun imzalanması da bunun bir nümunəsidir.
“Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar. Qeyd edək ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 5-də Tacikistana dövlət səfəri çərçivəsində imzalanıb.
Deputat Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ümumiyyətlə, biz həmişə Şuşanın Azərbaycan-türk şəhəri olduğunu, buranın bizim dövlətçilik, mədəniyyət tarixi ilə sıx bağlı olduğunu demişik: “Şuşanın azadlığından sonra Şuşanın beynəlxalq qardaşlaşdırılması, onun təbliği daha da gücləndirilməlidir. Bizim qarşımızda duran və icra etməkdə olduğumuz məsələlərdən biri də Şuşanın Azərbaycana həm tarixi, həm milli-mədəni, həm dini, həm də siyasi baxımdan yaxın, doğma olan ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesinin həyata keçirilməsidir. Əlbəttə, Şuşa, ilk növbədə, Türkiyənin şəhərləri ilə qardaşlaşdırılmalı idi və bu belə də oldu. Dövlətimizə daha yaxın dost olan ölkələrin şəhərləri ilə Şuşa şəhəri arasında qardaşlaşmanın qurulması, yaxud qardaşlaşdırılmış şəhər obrazının yaradılması prosesini həyata keçirmək çox müsbətdir. Ümumiyyətlə, beynəlxalq təbliğatın Şuşanın tarixi Azərbaycan şəhəri, həm də bir Azərbaycan türklüyünün məkanı olması istiqamətində qurulması çox vacibdir”.
Deputat qeyd edib ki, Şuşa şəhəri indiyə qədər Tacikistanın İsfara şəhəri, Serbiyanın Novi Pazar şəhəri, Özbəkistanın Xivə şəhəri, Bolqarıstanın Veliko, Tırnova şəhəri, Türkiyənin Kayseri və Ərzurum şəhərləri ilə qardaşlaşıb. Macarıstanın Vesperm şəhəri, Cənubi Koreyanın Andonq şəhəri ilə isə dostlaşıb.
C.Osmanov hesab edir ki, Şuşa ilə qardaşlaşdırılmış şəhərlər sırasına Orta Asiyanın bir sıra şəhərləri də qoşulmalıdır, biz bu istiqamətdə də prosesi həyata keçirə bilərik. Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və s. şəhərləri ilə bu prosesi tam həyata keçirmək mümkündür. Fikrimcə, bütün hallarda, seçimi ağıllı və məntiqli şəkildə aparmaq lazımdır. Şuşanın yeni müstəvidə təqdim edilməsi, əslində, onun keçmişinin, tarixinin, mədəniyyətinin, hər bir məsələsinin Azərbaycanla, azərbaycançılıqla, türkçülüklə bağlı olmasını da ortaya qoymuş olacaq. Bütün hallarda, bu istiqamətdə işlərin görülməsi müsbət olardı. Şuşanın beynəlxalq müstəvidə müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşdırılması prosesi Azərbaycanın dünyadakı mövqeyini və mənafeyini daha da gücləndirməkdədir və bundan sonra da eyni xətlə davam edəcək”.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

