Dəniz kənarında Ağdam zənguləsi
21.04.2023 [11:25]
Bir Ramazan axşamında...
Deyirlər, insan sözü kəşf edib, söz də insanı. Bunu ifaçılara aid edərək desək, onlar sənəti seçiblər, səs də onları seçib. Xüsusilə muğam ifaçılarında bu məqamlar daha kəskin nəzərə çarpır. Bir sözlə, görmək istəyən hər kəs onlarda bu ilahi istedadı sezə bilər. Mənə elə gəlir ki, insan da öz növbəsində yeni texniki ixtiralarla yanaşı, həm də insanı kəşf edə bilər. İki gün əvvəl iştirak etdiyim gözəl bir konsertdə sima və şəxs olaraq tanıdığım Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Elgiz Əliyevi bu dəfə tamam başqa məcrada kəşf etdim. Bəlkə bir az pafoslu səslənir, ancaq qətiyyən belə deyil. Ən azından mənimlə birgə konsertdə iştirak edib, o ifaları dinləyən hər kəs bu sözlərimi təsdiqləyər. Təsdiqləyər ki, gənc xanəndə, gözəl ifaları ilə bizi özü ilə çəkib musiqi səyahətinə apardı.
Musiqi dinləməyin də, ifa etməyin də əslində, bir neçə qapıdan keçdiyini bizə əyani şəkildə göstərdi. Özü də bir neçə qapını açaraq bizi həlimliklə içəri dəvət etdi. Elgiz Əliyevin səsi kimi özü də həlimdir. Konsertdə xalq artisti Mənsum İbrahimovun da dediyi kimi Elgiz sözün əsl mənasında böyüyün, kiçiyin yerini bilən, sadə insandır. Bu həqiqətən belədir. Ustadlarının mahnılarını ifa edərkən, onlara bunu hər ifanın əvvəlində bildirir, hörmətini çatdırırdı. Mənə elə gəlir ki, insanın xarakteri onun istedadı ilə birbaşa bağlıdır. Buna misal olaraq, qabiliyyətli insanların yaxşı, mehriban xarakterə və simaya malik olmasını deyə bilərik.
Mehriban siması və mehriban səsi ilə bizi gah həsrət, gah sevgi, gah vüsal, gah da Vətən qapısına gətirirdi. Zalda hər yaşın nümayəndəsi əyləşmişdi, bu da əslində, Elgiz Əliyevin ifa etdiyi musiqilərə universal yanaşmasını göstərirdi. O, təkcə musiqilərə yox, həm də sevənlərinə bu cür yanaşırdı. Əvvəlində yar qapısına gedib, ona nəzər etməkdən bir ağız oxuyan xanəndə, bir az sonra 30-u keçənlərə xitab edərək, əslində, bir az da onların zaman keçdikcə bu günləri şamla axtardığını vurğulayırdı. Hiss olunurdu ki, Elgiz bəy bu konsertə çoxdan və böyük həvəslə hazırlaşıb.
Özünün də əvvəldə vurğuladığı kimi konsert Ramazan ayının son günlərinə, gözəl bir gecəyə təsadüf etmişdi. Rəhmətin göy üzündən yer üzünə töküldüyü bir gecədə dəniz kənarında bir zaldan həlim nəğmələr də göy üzünə süzülürdü. Hər şey bir-birini elə tamamlayırdı ki, zamanın necə keçdiyini bilmirdik. Yanımda əyləşən yaşlı bir qadının saata baxıb, “bir saat keçib, hiss etməmişik” deməyi bunun ən dəqiq göstəricisi idi.
Gənc xanəndə türk musiqisinin müəyyən janrlarına da toxunmağı unutmamışdı. Konsertin ortalarında səhnəyə türk elinin ən dəyərli musiqi aləti olan sazın gətirilməsi və onunla bərabər iki gözəl türk mahnısını ifa etməsi bunun göstəricisi idi. Bu ifaları da elə seçmişdi ki, bir-birini tənzimləyirdi. Əvvəldə “Bitir bu həsrəti, dön gəl...” deyə dinləyiciləri gedənlər barədə düşündürür, həsrət qapısına aparır, sonra özüylə bərabər o qapıdan çıxarır və hələ də ümidin bitmədiyini deyərək əhvallarını yüksəldirdi. Bunun özü də böyük bir bacarıqdır. Elə bu bacarığın nəticəsidir ki, ən bəyəndiyim mahnını, bu dəfə bir başqa duyğularla hiss edirəm. Ancaq zalda əyləşənlərin keçirdiyi duyğular bununla məhdudlaşmır. Növbəti dəfə ifa edilən “Qal, sənə qurban” fərqli boğazdan eşidilsə də, bənzər kövrək anlar yaşadır. Bu mahnını həmişə öyrəşdiyimiz səsdən eşitmirik, amma həmişə yadda saxlayacağımız bir ifa olur...
Elgiz Əliyev həm musiqiyə, həm də doğulduğu Ağdama ürəkdən, incə tellərlə bağlıdır. Bu iki duyğunun sintezdə olması gözəl işlərin ortaya çıxmasına şərait yaradır. Onun konsertdə “Ağdamım mənim” mahnısını öz tələbələrilə birgə ifa etməsi əslində, zamanında ustadlarından gördüyü dəstəyi unutmadığını, gələcək nəsillərə ötürdüyünü göstərir. Elgiz həm söhbət zamanı, həm də səhnədə çıxış edərkən el sevgisini diqqətə çatdırmağı üstün bilir. Konsertin sonunda “Qarabağ” şikəstəsini ifa etməzdən əvvəl zalda əyləşən əməkdar artist Təyyar Bayramova müraciət edərək gələn il belə böyük yığıncaqların Təyyar bəyin həyətində keçirilməsini də arzu etdi. Elgizlə söhbətimizdə həmyerli olduğumuza görə, “ellim” deyə müraciət edir. Bu da əslində, onun öz elinə necə bağlı olduğunu göstərir.
Konsertin sonunda zaldan çıxarkən öz-özümə hansı ifanın daha çox təsir etdiyini müəyyələnləşdirənd, əmin oldum ki, bu gün olduqca gözəl mahnılar dinləmişəm. Çünki onların arasından hansısa birini seçməkdə çətinlik çəkirdim. Mən də öz “ellim”ə arzu edirəm ki, bütün konsertləri bax beləcə möhtəşəm, əvəzedilməz keçsin...
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

