/ / Qazi Universitetinin rektoru: “Heydər Əliyev həyatını türk dünyasına və Azərbaycan xalqına həsr etmiş tarixi şəxsiyyətdir”
Qazi Universitetinin rektoru: “Heydər Əliyev həyatını türk dünyasına və Azərbaycan xalqına həsr etmiş tarixi şəxsiyyətdir”
24.04.2023 [13:55]
”Tarixdə mühüm rol oynayan, həyatını xalqının uğurlarına həsr edən tarixi şəxsiyyətlər vardır. Bu mənada mərhum Heydər Əliyev ömrünü həm türk dünyasının, həm də Azərbaycan türklərinin rifahına həsr etmiş dövlət xadimidir”.
“Yeni Azərbaycan” qəzetinin Türkiyə bürosuna bu fikirləri Qazi Universitetinin rektoru, professor Musa Yıldız bildirib.
Rektor Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar Azərbaycanla yanaşı, Türkiyədə də silsilə tədbirlərin keçirilməsin təqdir edib.
Heydər Əliyevin 80 illik həyatında mübarizə yolundan bəhs edən rektor Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsində onun xüsusi xidmətlərindən danışıb: “Naxçıvanda yaşadığı vaxtda onun türk dünyası ilə bağlı başlatdığı mübarizəsi, ömrünün son anına qədər dövlətinə, millətinə göstərdiyi fədakarlıq əsl nümunəvi əhəmiyyətə malikdir və bu xidmət nəsillərin yaddaşında qalacaqdır. Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” ifadəsi Azərbaycanda yaşayan qardaşlarımızla Anadolu coğrafiyasının insanları arasındakı münasibəti daha da yaxınlaşdırıb. Eləcə də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı bizim çox yaxın müttəfiq olduğumuzun ən bariz göstəricisidir. Təsadüfi deyil ki, Heydər Əliyev vaxtilə universitetimizi də ziyarət edib, bizi şərəfləndirib və ona universitetimiz tərəfindən fəxri doktor adı verilib”.
Azərbaycanın 1990-cı illərdə müstəqilliyini tanıyan ilk ölkənin Türkiyə olduğunu deyən Musa Yıldız Heydər Əliyevin Türkiyə ilə hər sahədə əməkdaşlığa önəm verməsinə də diqqət çəkib: “Heydər Əliyevin 1990-cı illərdə sovet ittifaqına qarşı mübarizəsi, 20 Yanvar hadisələrini törədənlərin cəzalandırılması tələbi gənclərimizə xüsusilə təbliğ olunmalıdır. 1995-ci ildə Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə həyata keçirilən böyük tələbə layihələri, bir çox sahələrdəki təsisat işləri, iqtisadiyyat, beynəlxalq əlaqələr, təhsil və mədəni fəaliyyətlər Heydər Əliyevin bu təşəbbüsləri dəstəkləməsi sayəsində baş tutub. Məhz onun nəticəsidir ki, Azərbaycan əsgəri Türkiyədən aldığı hərbi təlim və dəstəkləri ilə təkmilləşdi, bununla da Qarabağ torpaqları işğaldan azad edildi. Bu istiqamətdə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın “İki dövlət, bir millət” prinsipi əsasında əməkdaşlığı qardaş ölkələrə, dostlara etimad, düşmənə qorxu verir. Biz bunun son nümunəsini Qarabağ müharibəsi zamanı ən parlaq şəkildə bütün dünyaya bəyan etdik. Bu qardaşlıq və əməkdaşlıq ruhunun inkişafında Qazi Mustafa Kamal Atatürkdən Heydər Əliyevə qədər tarixə söykənən bir mərhələ var”.
Rektor Heydər Əliyevin Türkiyədəki gələcək nəsillərə tanıtmaqda Qazi Universitetinin də rol oynadığını vurğulayıb: “Universitetimiz türk dünyasının, xüsusən də Azərbaycanın problemləri ilə yaxından maraqlanan, bu məsələlərin həlli yollarını axtaran, eləcə də Heydər Əliyevin bir şəxsiyyət olaraq nümunəvi xidmətlərini təbliğ edən təhsil müəssisəsidir. Bundan başqa Azərbaycanın universitetləri ilə Qazi Universiteti olaraq çox sahələrdə əməkdaşlığımız var. 2020-ci ildə universitetimizdə rektor olaraq fəaliyyətə başladıqdan sonra 11 universitetlə təhsil-tədris əməkdaşlıq protokolları imzalamışıq. O cümlədən Azərbaycan Texniki Universiteti ilə elektrik və elektron mühəndisliyi sahəsində birgə diplom proqramı, 2023-2024-ci illər üçün Azərbaycan Tibb Universiteti ilə birgə tibb və fizioterapiya sahələrində birgə kurs proqramları, Erasmus+ və Orhun mübadilə proqramları ilə fəaliyyətlərimızi davam etdiririk. Hazırda universitetimizdə bakalavr və magistratura pilləsində ümumilikdə 110 azərbaycanlı tələbə təhsil alır. İyun ayında isə Ankarada Mingəçevir Universiteti ilə bərabər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı simpozium keçiriləcək. Bundan əlavə, universitetimizdə Türk İncəsənət Cəmiyyəti və Türk Dünyası Araşdırmalar Mərkəzinin xətti ilə hər il mütəmadi olaraq Xocalı Soyqırımı və Qarabağ Zəfəri ilə bağlı tədbirlər keçirilir”.
Sevil Hilalqızı Ünal, Ankara
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32

