İranda iqtisadi böhran
05.05.2023 [19:39]
İranda böhran vəziyyətinin yaranmasını şərtləndirən bəzi məqamları sadalaya bilərik.
-İlk növbədə rejimin mahiyyətinə nəzər salaq. Son etirazlar fonunda aydın şəkildə görünür ki, mollakratiyanın 44 illik hakimiyyəti heç bir fundamental əsaslara söykənməyib. Yəni dövlət siyasətində ölkənin reallıqları, cəmiyyətin sosial sifarişləri, dəyişən qlobal çağırışlar əsla nəzərə alınmayıb. Ölkənin bütün potensialı rejimin əslində insan haqları, müasir dünya nizamı, yeni qlobal transformasiyalarla bir araya sığmayan ideoloji əsaslarının qorunmasına səfərbər edilib. Bəşəriyyət yeni sənaye inqilabına doğru irəlilədiyi halda, İranda yeni dəyərlərin yaradılması qayğısına qalınmayıb. Bütün bunlar da İranın qlobal inkişafdan, transformasiyalardan kənarda qalması, eləcə də hakimiyyətlə cəmiyyət arasında uçurum yaranması ilə nəticələnib. Bu gün İranın mənzərəsi, burada cərəyan edən hadisələr elə təəssürat yaradır ki, sanki dövlətin cəmiyyətə, cəmiyyətin də dövlətə hər hansı bir bağlılığı yoxdur. Hakimiyyətin çıxış yolu tapa bilməməsi öz arxasınca digər problemlərə də yol açır.
-İranın hazırda problemlər bataqlığına düşməsinin digər ən mühüm səbəblərindən biri ABŞ başda olmaqla kollektiv Qərbdən gələn sanksiyalarla bağlıdır. Burada da nəzərlər rejimin səhv siyasətinə yönəlir. İrana qarşı sanksiyaların geniş siyahısı bu ölkənin nüvə fəaliyyətinin məhdudlaşdırılması məqsədilə tətbiq olunur. İran regionda hakim, diqtə edən gücə çevrilmək iddiaları sərgiləyir və məqsədinə çatmaq üçün genişmiqyaslı silahlanmaya, o cümlədən də nüvə texnologiyalı silahlara sahiblənməyə çalışır. Buna yol vermək olmaz. Mollakratiya kimi mühafizəkar rejimlərin nüvə silahına sahiblənməsi bütün region dövlətləri üçün ciddi təhdiddir. Rejimin uranı müasir imkanlar səviyyəsində zənginləşdirmək səyləri beynəlxalq birliyi buna qarşı hərəkətə keçməyə məcbur etdi. Müxtəlif səviyyələrdə aparılan müzakirələrdə İranın siyasi rəhbərliyi israrlı yanaşma ortaya qoyur və heç bir vəchlə nüvə proqramından geri çəkilməyəcəyini bildirirdi. Çağırışlar nəticə vermədikdə kollektiv Qərb İrana qarşı sanksiyalar təşəbbüsünü irəli sürdü. ABŞ-dan və Avropa İttifaqından gələn bu sanksiyalar əsas etibarı ilə qonşu dövlətlərin neft ixracının məhdudlaşdırılmasını əhatə edir. Böyük həcmlərdə gəlirlərdən məhrum qalan və iqtisadi problemlər məngənəsində boğulan mollakratiya geri çəkilmək məcburiyyətində qaldı və yaxud belə bir görüntü yaratdı. 2015-ci ilin iyul ayında İranla 5+1 formatında (BMT TŞ-nin beş daimi üzvü və Almaniya) ortaq geniş çalışma planı üzrə müqavilə imzalandı. Lakin İran bu müqavilənin də şərtlərinə əməl etmədi. Alınan son kəşfiyyat məlumatlarına görə İran gizli şəkildə uranın 84 faizədək dərin zənginləşdirilməsinə nail olub. Belə olan halda İrana qarşı sanksiyalar yenidən gündəmə gəldi. Hazırda bu ölkə məhz sanksiyalar səbəbindən neft-qaz ixracını məhdud həcmdə həyata keçirir və böyük gəlirlərdən məhrum qalır. Bir tərəfdən silahlanmaya, terrorizmin dəstəklənməsinə böyük xərclər çəkilməsi, digər tərəfdən isə sanksiyalara görə gəlirlərdən məhrum qalması İranı indi çıxılmaz duruma salıb. Bunun nəticəsidir ki, ölkədə sosial məqsədlərə, maaşların və pensiyaların ödənilməsinə belə vəsait tapılmır.
Mubariz Feyizli
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20

