Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan yeni “Dəmir yumruq” almaq istəyir

Ermənistan yeni “Dəmir yumruq” almaq istəyir

13.05.2023 [14:11]

Fransa ilə Ermənistanın bir-birlərini “bacı” adlandırmaları daim müzakirələrə yol açır. “Bacılıq” bütün dünya xalqlarının ənənələrində “zəriflik”, “xoş mərama əsaslanan incə münasibətlər” anlamında qəbul edilir. Fransa və Ermənistana gəldikdə isə, bu dövlətlərin həyata keçirdikləri siyasət xoş məramdan tamam uzaqdır və əslidə zora, gücə əsaslanır.

Fransa və Ermənistanı birləşdirən çox cəhətlər sadalamaq mümkündür. Əsas birləşdirici məqamlardan biri ondan ibarətdir ki, təcavüzkarlıq hər iki ölkənin dövlət siyasətinin mühüm bir istiqamətini təşkil edir.

Əvvəlcə Ermənistan barədə. Bu ölkə son üç onillik ərzində Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxladı və burada misli görünməmiş vandalizm əməlləri törətdi. Üç onillik ərzində  işğal altında qalan 10 min kvadratkilometrdən artıq ərazilərimizdə bir dənə də olsun salamat yaşayış məntəqəsinin qalmaması, bütün tarixi mədəni-dini irsin tar-mar edilməsi təcavüzkar Ermənistanın xislətini bütün cəhətləri ilə ifşa edir. Ermənilər daim özləri barəsində “mədəni xalq” mifi yaratmaqla məşğul idilər. Azərbaycanlıların doğma ev-eşiklərindən qovulması, xüsusi amansızlıqla  qətlə yetirilmələri ilə  “mədəni xalq” anlayışı arasında hansı bağlılığı tapa bilərik? Ermənistan 44 günlük müharibədə uğradığı acınacaqlı məğlubiyyətə baxmayaraq, postmüharibə dövründə də təcavüzkarlıq və revanşizm mövqeyindən çıxış edir, yenə də Cənubi Qafqazda sabitliyə, əməkdaşlığa təhdidlər yaradır. Nikol Paşinyanın komandası Hindistanla silah-sursat sövdələşməsindədir. Ermənistanın KİV-inə bu barədə məlumatlar sızdırılıb. Bildirilir ki, Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalanıb. Ermənistan mətbuatı Hindistanda dərc olunan “The Economic Times” nəşrinə istinadən müqavilənin bəzi detallarını açıqlayıb. Bəhs olunan dövlətlərarası müqavilə İrəvanla Dehli arasında ötən il sentyabrın əvvəllərində imzalanıb. Sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur.

Ermənistana göndəriləcək silahlar barədə Hindistan mətbuatında da materiallar dərc olunub. Hindistan mətbuatının yazdığına görə, yaxın üç ildə Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.

Son vaxtlarda Ermənistan, həmçinin qonşu İranla hərbi əməkdaşlığı genişləndirib. Yayılan məlumatlarda bildirilir ki, bu ölkə İranla pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı sövdələşib. İran, həmçinin Ermənistana kadrların hazırlanmasında da dəstək verir. İran zabitləri Ermənistana gələrək burada müxtəlif poliqonlarda tədarük etdikləri texnikaların parametrlərini yerli hərbçilərə öyrədirlər və onlarla döyüş hazırlıqları aparırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan yeni “Dəmir yumruq” almaq istəyir. Əgər məğlub ölkə bunu arzulayırsa, “Dəmir yumruq” onun başına mütləq növbəti dəfə də enəcək.

Mübariz

Paylaş:
Baxılıb: 582 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31