Planetin “mavi ürəyi”...
08.06.2023 [11:30]
Ümumdünya Okeanlar Günüdür
Yeganə BAYRAMOVA
“Yer” dediyimiz planet su ilə doludur və səthinin təxminən 70 faizi okeanlarla örtülüb. Nəfəs aldığımız oksigenin çoxunu okeanlar istehsal edir. Okeanlar, həmçinin yağış və quraqlığı tənzimləyir, qlobal iqlim nəzarətçisidir, karbon dövranını və buna görə yerdəki istiliyi tarazlıqda saxlayır. İnsanları və heyvanları qidalandıran okean qida zəncirinin əsasını yaratmaqla yanaşı, ətraf-mühitin sağlamlığına da təsir edir.
10 il ərzində...
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, okeanlar milyonlarla insan üçün zəngin bir qida mənbəyidir. Təşkilatın saytındakı hesabatda qeyd olunub ki, okeanlara güvənən sənaye önümüzdəki 10 il ərzində dünyada təxminən 40 milyon insanı işlə təmin edəcək. Dünya okeanı bioloji ehtiyatlarla da çox zəngindir. Okeanlarda yaşayan bütün canlılar insanın həyatında bioloji ehtiyat rolunu oynayır. Burada minlərlə növ balıqlar, digər canlılar, habelə dəniz bitkiləri həddən çoxdur. Araşdırmalar göstərir ki, okeanın kənarında vaxt keçirməyin sağlamlıq və xoş əhval-ruhiyyə üçün də bir çox müsbət təsiri var.
8 İyun Ümumdünya Okeanlar Günüdür. Okeanoloqlar bu günü 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən “Ətraf mühit və inkişaf” konfransında elan ediblər.
Bu gün ekoloqlar, heyvandarlıq işçiləri dəniz həyatının hüquqlarını qorumaq üçün bütün səyləri birləşdirməyə çalışırlar. Onlar həm də okean və dənizlərin ekoloji təmizliyi üçün mübarizə aparırlar.
Okeanlar görünməmiş təhlükə altındadır
Sağlam bir mühit haqqında insanların məlumatlılığı artsa da, okean bəzən diqqət mərkəzində olmur. Dünya okeanının müasir ekoloji vəziyyəti olduqca gərgindir və bunun qarşısını almaq üçün dünya ölkələrinin birgə səy göstərməsi bu gün ən aktual problem olaraq qalır. Okeanın vəziyyəti daha da pisləşəcəyi təqdirdə isə insanların sağlamlığı da risk altında olur.
Okeanlar insan fəaliyyəti nəticəsində karbohidrogenlər, xam neft, neft məhsulları, toksiki metallar və radioaktiv maddələrlə çirklənir. Okeana atılmış maddələr ən çox insanların yaşadıqları və işlədikləri yerlərə yaxın toplanır. Deməli, okeanların insanlara yaxın olan əraziləri daha çox çirklənir. Nəticədə müxtəlif xəstəliklər, patoloji hallar yaranır, həm də okean cərəyanlarından əmələ gələn iqlim korlanır.
Gələcək nəsillərin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün okeanın bizim qayğımıza qaldığı kimi, biz də onun qayğısına qalmaq məsuliyyətini üzərimizə götürməliyik. Bu mühüm günü birlikdə qeyd etməyə başlayarkən başa düşməliyik ki, okean bizə təkcə bu gün deyil, hər gün ehtiyac duyur!.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

