Fortifikasiya qurğuları nədir?
09.06.2023 [11:00]
Ordumuz ermənilər tərəfindən bu qurğuların quraşdırılması cəhdlərinin qarşısını alır
Nardar BAYRAMLI
Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik fəallıq xeyli dərəcədə artıb. Son vaxtlar ərzində hər iki ölkənin liderləri Brüsseldə, Moskvada, Kişinyovda görüşlər keçiriblər. Eləcə də may ayında xarici işlər nazirləri Vaşinqtonda və Moskvada görüşlər keçirərək sülh sazişi üzrə müzakirələri davam etdiriblər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır. Lakin hər dəfə erməni tərəfi hərbi təxribatlar törətməklə qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Qeyd etdiyimiz görüşlər ərəfəsi və sonrasında da ermənilər bu “ənənələrinə” sadiq qalırlar. Son günlər davamlı olaraq həm şərti dövlət sərhədində mövqelərimiz atəşə tutulur, həm də Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında da qanunsuz erməni silahlı dəstələri hərbi təxribatlar törədirlər. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, iyunun 7-də saat 13:35-dən saat 19:45-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam, Xocavənd və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Qeyri-qanuni erməni silahlı dəstələri yenə də ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını yerləşdirməyə çalışıblar. Bölmələrimiz bu dəfə də onların qarşısını alıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Onun fikrincə, erməni tərəfi sabitliyin bərqərar olmasında maraqlı deyil. Hərbi ekspert deyib ki, indiyədək Ağdam, Xocavənd, Şuşa, Xocalı və Füzuli rayonları istiqamətlərində Qarabağdakı separatçılar, qanunsuz hərbi dəstələr uzunmüddətli fortifikasiya qurğularının quraşdırılmasına cəhd göstərib: “Burada narahatedici məqam odur ki, erməni separatçıları Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı mühəndis-istehkam tədbirləri həyata keçirməklə yenidən möhkəmlənməyə cəhd edirlər. Hesab edirəm ki, bu məqam xüsusilə diqqətə alınmalıdır”.
Sözügedən uzunmüddətli fortifikasiya qurğuları nədir? R.Məmmədli deyib ki, fortifikasiya mühəndis-istehkam sistemlərinin, müdafiə xəttinin qurulması deməkdir. Burada silah və texnikaların effektiv istifadəsi, qoşunların davamlı idarəetməsinin təmin olunması, şəxsi heyətin mühafizəsi nəzərdə tutulur. Ekspert fortifikasiya qurğularının qanunsuz erməni silahlı dəstələrinin müqavimət gücünü artırmaq məqsədi daşıdığını qeyd edib: “Erməni separatçıları Qarabağda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Məqsədlərindən biri də ordumuza qarşı müxtəlif əməliyyatlar keçirməkdən ibarətdir. Onlar həm də çalışırlar ki, ordumuzla öz aralarında təmas xətti formalaşdırsınlar. Lakin 44 günlük Vətən müharibəsindən sonra təmas xətti anlayışı artıq yoxdur. Bütün hallarda ermənilərin bu hərəkətləri yolverilməzdir. Bütün bunların qarşısı alınmalıdır və alınır. Biz görürük ki, həm şərti dövlət sərhəddində, həm də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazilərimizdə ermənilər son zamanlar tez-tez mövqelərimizə atəş açırlar. Əlbəttə ki, onların layiqli cavabı verilir. Amma bütün bunlar zəruri edir ki, qeyri-qanuni erməni hərbi dəstələri Qarabağdan tamamilə çıxarılsın. Bu, 10 noyabr üçtərəfli Bəyanatının tələblərindən biridir. Ermənistanın hərbi birləşmələrinin müəyyən hissəsinin hələ də Qarabağda qalması bu sənədə ziddir. Əgər qanunsuz erməni hərbi dəstləri ərazilərimizdən çıxarılmasa, əksinə təxribatlarını davam etdirsələr, o zaman ordumuz tərəfindən Qarabağda növbəti anti-terror əməliyyatı keçirilməsi qaçılmaz olacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

