/ / Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur
Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur
09.06.2023 [12:13]
Azərbaycan Parisin mərkəzində, Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən “Revelations” Beynəlxalq Biennalesi üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, “Grand Palais” – Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı və fransız deputatlar, incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfir Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Ölkəmizin istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Fondun dəstəyi ilə Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayan səfir Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltəraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltəraşlardan biri olduğunu qeyd edib. E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. “Revelations” Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir.
“Grand Palais” – Milli Muzeylər Birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın “Revelations” Biennalesində iştirakından şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. “Revelations” sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir.
Nümayiş olunan “Bir günəş altında” instalyasiyasının müəllifi, heykəltəraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. O, əsərin ərsəyə gəlməsindən danışıb. Azərbaycan 44 günük müharibə ilə üzün sürən Qarabağ münaqişəsinə son qoyduqdan sonra heykəltəraş saza yeni - ikinci həyat vermək qərarına gəlir və beləliklə, “Bir günəş altında” instalyasıyası yaranır. Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizminin, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir.
Milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən Biennaleyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib.
Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13

