Azərbaycan XİN Ermənistanın ölkəmizin əleyhinə bəyanatına cavab verdi
13.06.2023 [18:05]
Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi, daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in ölkəmizin əleyhinə bəyanatına dair şərhində əksini tapıb.
Bildirilib ki, həm işğal dövründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıqlar prosesinə maneçilik törətmək məqsədilə Ermənistanın mütəmadi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub.
“Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur”, - deyə Azərbaycan XİN-in şərhində vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

