Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağda əməliyyat şəraiti təhlil edilib
16.06.2023 [15:24]
İyunun 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin birinci yarım ilinin yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda nazir müavinləri, baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak edib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri giriş nitqi ilə çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında inkişaf etməsi ordu quruculuğu istiqamətində aparılan islahatların müsbət nəticəsinin göstəricisidir fikirlərini xüsusilə vurğulayıb.
Bildirilib ki, bu sahədə cari ilin birinci yarısında görülən işlər nəticəsində artıq müəyyən nailiyyətlər qazanılıb.
İclasda 2023-cü ilin birinci yarısında bütün qoşun (qüvvə) növlərinin xidməti-döyüş fəaliyyəti təhlil edilib, Azərbaycan Ordusunun imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, mühəndis tədbirləri, kəşfiyyat fəaliyyəti, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, habelə hərbi hissələrdə aparılan tikinti-quruculuq işləri, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və digər sahələrdə görülən tədbirlər barədə geniş məruzələr dinlənilib.
Sonra Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.
General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
Yekun nitqi ilə çıxış edən müdafiə naziri Ali Baş Komandan tərəfindən 2023-cü ilin növbəti yarımili üçün Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb, şəxsi heyətin sağlamlığı və təhlükəsizliyinin qorunması, peşəkarlıq və döyüş hazırlığının daha da artırılması, habelə qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xüsusi diqqət yetirilməsini tapşırıb.
Kollegiya iclasının sonunda müdafiə nazirinin təltif əmrləri elan edilib.
Nardar
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

