Qanuna edilən dəyişiklik...
26.06.2023 [10:50]
Şəffaflığın təmin olunmasına kömək edəcək
Günel
Müasir dövrün ən aktual proseslərindən biri də dövlət satınalmalarıdır. Azərbaycan kimi yüksək inkişaf yoluna qədəm qoymuş ölkələr bu məsələni xüsusi diqqətdə saxlayırlar. Bu mənada müvafiq məsələ ilə bağlı qanun layihəsi mütəmadi olaraq təkmilləşdirilir. Qeyd edək ki, dövlət satınalmalarının planlaşdırılması və təşkili metodları, tender təkliflərinin qiymətləndirilməsi, satınalma müqavilələrinin bağlanması ilə bağlı müvafiq sturkturlara təlimlər keçilir, bu sahənin mənimsənilməsi təmin olunur. Bu xüsusda, “Dövlət satınalmaları haqqında” Qanunda yer alan yeni dəyişiklik olduqca əhəmiyyətlidir.
Qanuna edilən yeni dəyişikliklə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə bildirib ki, “Dövlət satınalmaları haqqında” qanun olduqca aktualdır: “Bu qanunla edilən dəyişikliklər bundan sonrakı müddətdə ölkəmizə dövlət büdcəsi vəsaitlərindən səmərəli və şəffaf istifadə etməyə imkan verəcək. Ölkəmizdə dövlət büdcəsindən ayrılan vəsaitlərdən düzgün istifadə edilməsi, dövlət büdcəsi vəsaitlərinin qanuna uyğun olaraq bölüşdürülməsi, dövlət büdcəsindən ayrılan vəsaitlərdən qənaətlə istifadə edilməsi və digər hallarla bağlı bu qanunda müəyyən dəyişikliklərə ehtiyac vardı. Edilən dəyişikliyin mahiyyəti də bundan ibarətdir. Digər tərəfdən həm də nəzərə alınmalıdır ki, dəyişiklik ölkəmizdə sahibkarlıq, xüsusilə də kiçik və orta sahibkarlığın fəaliyyətinin genişlənməsinə və güclənməsinə kömək edəcək. İndiyə qədər mövcud olan qanunvericiliyə əsasən bəzi şirkətlərin ehtimal qiymətlərindən 20 faiz aşağı tenderlərdə iştirak etməsi, xüsusilə süni tender problemləri yaradaraq etibarsız nəticələrin əldə edilməsi, qiymət amilindən istifadə edərək normal keçən tender prosesinin ləngidilməsi kimi hallar mövcud idi. Bunun nəticəsində də bəzən dövlət büdcəsindən vəsaitlərin xərclənməsinə maneçiliklər yaranırdı. Qanuna edilən yeni dəyişikliyə əsasən Nazirlər Kabineti tərəfindən reyestr yaranır və reyestrdə belə şirkətlərin adları, direktorları qeyd olunur. Bu da belə süni halların qarşısının alınmasına kömək edəcək. Digər tərəfdən isə tender təkliflərinin ehtimal qiymətlərinin əvvəlcədən elektron ünvanlarda yerləşdirilməsi, katirovka sorğularında 50 min manatdan 100 min manatadək vəsaitlərin qaldırılması isə ölkəmizdə sahibkarlıq və biznes mühitinin şəffaflaşdırılmasına xidmət edəcək. Bu qanun beynəlxalq təşkilatların müsbət rəyləri əsasında hazırlanıb, digər tərəfdən xarici dövlətlərin, xüsusilə bu sahədə inkişaf etmiş dövlətlərin təcrübələrindən istifadə edilib. Bu da qanunun işlək olması ilə bağlı əvvəlcədən müsbət fikirlər söyləməyə əsas verir”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22

