Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb

Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb

29.06.2023 [12:08]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 29-u saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı: Balakəndə 10, Göygöldə 9, Daşkəsən, Gədəbəydə 8, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Daşkəsəndə saniyədə 23, Sabirabadda 17, Bakıda və Abşeron yarımadasında 20 metrədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.7 metrə çatıb.

İyunun 28-də havanın maksimal temperaturu Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31