İrqi nifrət zəminində törədilən qətl
04.07.2023 [11:21]
Milli Məclis Fransada baş vermiş son hadisələrlə əlaqədar beynəlxalq parlament təşkilatlarına müraciət ünvanlayıb
N.BAYRAMLI
Fransada baş verən hadisələr, dinc insanlara qarşı zorakılıq halları bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıqla qarşılanıb. Bu səbəbdən də, dövlətimiz, eləcə də müvafiq qurumlar hadisəyə öz münasibətini bildirir. Milli Məclisin sədri Sahibə Qafarova və parlamentin nümayəndə heyətlərinin rəhbərləri də Fransada baş vermiş son hadisələrlə əlaqədar beynəlxalq parlament təşkilatlarına müraciət ünvanlayıblar.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətdə 2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən səbəbsiz atəş açılaraq öldürülməsinin dərin hiddət və narahatlıq doğurduğu bildirilir. Parlamentlərarası İttifaqa, ATƏT Parlament Assambleyasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinin prezidentinə, Avronest Parlament Assambleyasına, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasına, Türk Dövlətləri Parlament Assambleyasına, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına, GUAM Parlament Assambleyasına, Asiya Parlament Assambleyasına,
NATO Parlament Assambleyasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasına ünvanlanan müraciətdə bu zorakılıq aktı şiddətlə qınanılıb, Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olması, qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair təəssüf ifadə olunub.
Müraciətin mətnində irqi nifrət zəminində törədilmiş bu qanlı cinayətin Fransada bir sıra milli azlıqların, o cümlədən Əlcəzair icması nümayəndələrinin bərabər, ədalətli və ləyaqətli münasibət tələb edərkən qarşılaşdıqları sistemli problemlərin və ikili standartların təzahürü olduğu qeyd edilib. Səslərinin eşidilməsini istəyən insanların dialoq əvəzinə qeyri-mütənasib güc nümayişi ilə üzləşməsi gərginliyinin daha da artmasına səbəb olduğu bildirilib. Günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının nə qədər dərin olduğu bildirilib. Eyni zamanda, Avropanın demokratik və hüquq müdafiə institutlarının Fransa hökuməti tərəfindən nümayiş etdirilən bu kimi təhlükəli tendensiyalara lazımi diqqət yetirməməsi təəssüflə qeyd olunub. Bunun ölkədə insan hüquqlarının, xüsusən milli azlıqların hüquqlarının müdafiəsi sahəsində vəziyyətin daha da pisləşməsinə gətirib çıxara biləcəyinə işarə edilib.
Sonda bu zorakılıq aktı bir daha qətiyyətlə pislənilib, demokratiya, qanunun aliliyi prinsipinin üstünlüyünün vacibliyi vurğulanıb. İnsan hüquqlarına dair beynəlxalq sənədlərə uyğun olaraq, Fransa hökuməti irqi və milli nifrət zəminində törədilən belə cinayətlərin köklü səbəblərini aradan qaldırmaq məqsədilə milli azlıqların və digər sosial qrupların, habelə vətəndaş cəmiyyətinin nümayəndələri ilə konstruktiv dialoq aparmağa, bərabərlik, ədalət və bütün insanlara hörmət prinsiplərinin bərqərar edilməsinə yönələn islahatlar həyata keçirməyə dəvət olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41

