Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yollar və oğullar”

“Yollar və oğullar”

05.07.2023 [10:20]

Bəxtiyar Vahabzadə

Bayraq qalxdı...

Bulanıq sular axdı, duruldu.

Öz evində qul olan evinə sahib oldu.

Bayraq qalxdı,

Parisdən bu ölkəyə uzanan

Əllər kəsildi həmən,

Bayraq qalxdı... Nəfəs aldı bu torpaq,

Bayraq qalxdı... Atıldı

Toplar da taraq-taraq.

On milyonun adından toplar danışıb dedi:

“Məni tanısın cahan!-

Əks-səda ucaldı: “ Hardaydın bu vaxtacan?”,

Cavab gəldi: “İllərlə mən qəfəsdə inlədim,

Mən var ikən, yox idim!

İndi varam, mən varam.

Bir də əsir olmaram!

Məhbuslar sağ olsa da, sağ yerinə qoyulmur,

Məhbus vətəndaş olmur!

Öz yurdumda qul olur, əsr yarım əyildim.

Mən vətəndaş deyildim?!

Vuruşdum gecə-gündüz, vuruşdum səhər-axşam,

Bayraq qalxdı...

Mən bu gün

Vətəndaşlıq almışam!

Səkkiz il qan axdı Əlcəzairdə,

Səkkiz il yuxular çəkildi dara.

Yerin naləsinə ağladı yer də,

İnsan tab gətirdi bu əzablara.

Səkkiz il al qana bulandı sular,

Fikirlər, duyğular coşdu-qaynadı.

Səkkiz il baş-başa gəldi ordular,

Tarix bir millətlə oyun oynadı.

Tarixin ən böyük bir amalı var:

Azadlıq! Bu sözə tapınmış insan,

Azadlıq- səadət, azadlıq- bahar,

Yaranmış insanın arzularından!

İnsan azadlığı ilk arzu sanmış,

Bu söz bir işıqdır insana darda...

Azadlıq! Azadlıq! Tarix yaranmış

Bu amal uğrunda vuruşmalarda.

Qanlar bahasına çatdı nəhayət

Onlar bu amalın ilk pilləsinə,

Ah!...Əsl azadlıq, əsl səadət

Onların üzünə gülmədi yenə.

Bəli!

Durmasa da üz-üzə bu gün

Adamlar, qarşısında silahlar-toplar, nizələr,

Əsl səadət üçün, əsl həyat üçün

Hələ qabaqdadır mübarizələr!

İyul 1962-fevral 1963

Nuxa- Bakı

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

YAP xəbərləri

Analitik

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31