Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

07.07.2023 [14:50]

Bakıda və Abşeron yarımadasında İyulun 10-u səhərdən 11-i axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 10-da bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Azərbaycanın rayonlarında iyulun 08-də günün ikinci yarısından 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyinin 07-si gündüzdən 11-dək bəzi yerlərdə arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31