Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynaya yardım diqqət mərkəzindədir

Ukraynaya yardım diqqət mərkəzindədir

11.07.2023 [10:35]

NATO-nun Vilnüs sammitinin əsas mövzularından biri Ukraynaya yardım paketlərinin genişləndirilməsidir. Gözlənilir ki, görüş zamanı müttəfiq ölkələr Ukrayna ordusunun modernləşdirilməsi, onun alyans standartlarına çatdırılması üzrə uzunmüddətli çoxillik proqramı razılaşdıracaqlar. Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi “Voice of America” radiostansiyasına müsahibəsində bildirib ki, sammitdə Ukraynanın təhlükəsizliklə bağlı ehtiyacları müzakirə ediləcək: “Düşünürəm ki, Vilnüsdə müttəfiqlər hazırda döyüş meydanında baş verənləri və əks-hücum üçün Ukraynanın ehtiyaclarını müzakirə edəcəklər. Eyni zamanda, Kiyevin müharibədən sonra yaranacaq ehtiyacları da müzakirə mövzusu olacaq”.

Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da Avropa İttifaqının sammitində çıxışı zamanı Vilnüs sammitində Şimali Atlantika Alyansının “Ukraynaya güclü dəstək siqnalı göndərəcəyini” vəd edib. O, son həftələr NATO-nun əsas prioritetinin maksimal hərbi yardım göstərməklə Ukraynanın hərbi qələbəsini təmin etmək olduğunu dəfələrlə vurğulayıb. Litva sammitində Ukraynaya hərbi yardımın çatdırılması və ölkənin yenidən silahlanması ilə bağlı çoxillik proqram qəbul edilməlidir. Yens Stoltenberqin sözlərinə görə, burada məqsəd postmüharibə dövrü üçün Ukraynanı Rusiyanın hərbi əməliyyatları bərpa etməyə imkan verməyəcək dərəcədə silahlandırmaqdır.

Bu da məlumdur ki, NATO ölkələrinin kiçik bir qrupu Vilnüsdə keçiriləcək sammitə qədər Ukraynaya üçün təhlükəsizlik zəmanəti hazırlamaq məqsədilə danışıqlar aparıb. Bu barədə Avropanın “Politico” qəzeti yazıb ki, bir neçə həftədir ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edib, həmçinin hərbi blokdakı digər müttəfiqlərə, Avropa İttifaqına və G7-yə müraciət ediblər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31