Əli ilə Turalın trol savaşı...
12.07.2023 [10:20]
Sabiq “dostlar” virtual “küçə döyüşləri”nə start veriblər
Satqınlığı həyat kodeksinə çevirərək virtual küçələrdə veyillənən sosial şəbəkə “qəhrəmanları” özlərini və bir-birini ifşa edirlər. Düz məntiqdir - gizli və kirli işlərdə əməkdaşlıq edənlər qədər biri-birini yaxından tanıyan yoxdur. O səbəbdəndir ki, ayağı tapdanan kimi dünənə qədər “dost”, “həmfikir” və daha təmtəraqlı sözlərlə xitab etdiyi qarşısındakını küçə leksikonuna “qonaq edir”. Budəfəki virtual “küçə döyüşü” keçmiş “ortaqlar” - Əli Kərimli və Tural Sadıqlı arasındadır...
Əslində, sabiq “dostlar”ı bir-birinə bağlayan bir çox tellər var. Bu gün T.Sadıqlı küçə leksikonu ilə “şərəfləndirdiyi” Əli Kərimlini vaxt var idi, müdafiə etmək üçün “sinəsini sipər edirdi”. Həmçinin o və yaxınları Əli Kərimlinin mühacir biznesində əməlli - başlı maklerləri idi. İllərlə onların şərikli xaricə mühacir daşıması ilə bağlı faktları məhz AXCP üzvləri özləri etiraf etmişdilər.
Amma deyəsən, artıq keçmiş dostların biznes maraqları toqquşur - bunun nəticəsidir ki, xaricdəki ünsürlərlə AXCP sədri arasında “küçə döyüşü” başlayıb. İndiyə qədər missiyası virtual küçələrdə veyillənmək olan Tural Sadıqlı artıq Əli Kərimlinin “mitinq bazarı”na göz dikib - tamah salıb, “küçə biznesi”ndə özünə yer etməyə çalışır. O, mitinq çağırışının baş tutmamasında günahkarın AXCP sədri olduğunu söyləyir. Bunu görən Kərimli bərk qəzəblənib və sosial şəbəkələrdə trollara “Turala hücum” əmri verib. Necə deyərlər, trol Tural trolların “hücumu”na məruz qalıb.
Təbii ki, ortadakı maraq yalnız maddi maraqdır. Həm Tural Sadıqlının, həm Əli Kərimlinin, həm də digər antimilli ünsürlərin xarici mərkəzlərdən qidalandığı sirr deyil. Bu baxımdan, pul bir az azalan kimi biri digərinin “ərazisinə” və ya “kurasiyasına” göz dikir. Məsələn, Əli Kərimli aldığı maliyyənin daha az yerə bölünməsi üçün yaratdığı “ekspert qrupu”nu belə azaldır. İş o yerə çatıb ki, bir Gültəkin Hacıbəyli, bir də Tofiq Yaqublu Əli Kərimlinin ən etibarlı “ekspertlərinə” çevriliblər. Virtual küçələrdə “ekspert monopoliyası” yaratmağa çalışan Ə.Kərimli digər ünsürlərin də onun əlinin altına keçməsini arzulayır...Tural Sadıqlı isə sosial şəbəkələrdə Əli Kərimlini təhdid edir - onun haqqında əsl reallıqları açıb danışacağını, “sandığı açıb, pambığı tökəcəyini” bildirir. Statuslarında Ə.Kərimlinin gücünün feysbukdan o yana getmədiyini, tənqidə dözümsüzlüyünü və nəhayət, “balaca meydança”da oyun oynadıqlarını yazır. Bütün bunlar xalqa illərdir ki, məlumdur. Tural Sadıqlı Əli Kərimlinin bu kimi “məziyyətlərini” indi görür? Bilmirdimi ki, AXCP sədrinin trol dəstəsi onu “aktual” saxlamaq üçün bütün yollara əl atır - bunun qarşılığında isə maddi vəsaitlə təmin olunurlar. Bəli, AXCP illərdir ki, sosial şəbəkə qrupuna çevrilib. Ə.Kərimli isə admin və ya bloger funksiyasını yerinə yetirir.
Başqa sözlə, bir-birinin ayağını tapdadıqlarına görə dava gedir. Dava isə “yorğan”, daha doğrusu, pul davasıdır. Sözün əsl mənasında, virtual küçələrdə ara qarışıb, məzhəb itib - virtual küçələr “döyüş meydanı”dır. Sadəcə olaraq, özlərini və bir-birini ifşa edirlər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29

