Azərbaycanda qadın hərəkatının intibah dövrü
13.07.2023 [11:08]
“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”.
Heydər ƏLİYEV
Dünyaya körpə gətirib yetişdirməkdən, ailənin özəyi, nəslin böyüyü, ağbirçəyi olmaqdan mənsub olduğu xalqın, cəmiyyətin həyatında gördükləri fəal işlərə qədər bütün sosial-iqtisadi və mədəni-ictimai-siyasi sahələrdə qadının iştirakı və mühüm xidmətləri danılmazdır. Ananın və ya qadının yetişdirdiyi övladının cəmiyyətin həyatında hansı mövqeyi qazanması, dövlətin tərəqqisində hansı əməllərlə çıxış etməsi ailənin, ilk növbədə, onun öz kiçik cəmiyyətindəki yetişdirilməsindən (qadın-ana siyasətindən) asılı olur. Heç də təsadüfi deyil ki, Azərbaycan Konstitutsiyasında ailə “kiçik cəmiyyət” adlandırılır.
Bildiyimiz kimi, çoxəsrlik tarixə malik Azərbaycan xalqının milli dəyərlərində, onun klassik ailə modelində qadın analıq funksiyalarına görə ilahiləşdirilmişdir. Cənnətin anaların ayağı altında olduğu inancına malik müsəlman toplumu onu həm də Vətən və torpaq məfhumu ilə bütövləşdirmiş, ona “Ana Vətən”, “Ana torpaq” demişdir. Bu mənada, ailədə yetişən gələcəyin vətəndaşının düşüncəsi, əxlaqı, mənəviyyatı, dünyagörüşü, bilik səviyyəsi “kiçik cəmiyyətdə” valideynlərin, xüsusən də Qadın-Ananın zəhmətinin nəticəsi kimi meydana çıxır. Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir.
Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək vəzifələrdə təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşamışdır. Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir.
Əgər bu və ya digər bir xalqın dövlət strukturu Qadın-Ana hüququnu öz dövlət siyasətində diqqət mərkəzində saxlayırsa, sözsüz ki, o öz qanunlar kodeksində, həyata keçirdiyi məqsədyönlü tədbirlərlə qadının hüququnu hər vasitə ilə qoruyacaq, onun hərtərəfli müdafiəsinin qayğısına qalacaqdır. Azərbaycan qadını bugünkü səviyyəsinə gəlib çatanadək mürəkkəb və gərgin həyat yaşamış, təkcə çadra formasında olan buxovunu deyil, həm də şüurundakı, düşüncəsindəki geriliyi, köhnəliyi yox etmək üçün ətraf mühitlə yanaşı, öz-özü ilə, daxili ilə mübarizə apararaq, azadlıq əldə etmişdir. Azərbaycanda qadın hərəkatı və onun tarixi dedikdə tərəddüdsüz olaraq insanın fikrinə və gözünün önünə XX əsrdə Azərbaycan xalqının nicatı və xilaskarı olmuş xalqını dünyanın ən çətin dönəminin burulğanlarından qurtararaq ona müstəqil dövlət qurmuş bir Lider gəlir. Əbədiyaşarlıq qazanmış elə bir, Lider ki, fiziki yoxluğunda belə onun davam edən siyasəti xalqına, millətinə başucalığı gətirərək, dünyada müzəffər xalq kimi tanıtmışdır.
Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur. Belə ki, əsrin əvvəlindəki Azərbaycan qadınının vəzifəsi, əsas şüarı ibtidai təhsil, çadra ilə mübarizə, fabriklərə, zavodlara “doğru yol” idisə, müharibə dövrünün qadınının irəliləyişi istehsalatda, ön və arxa cəbhələrdə kişilərlə çiyin-çiyinə Vətən uğrunda, qələbə naminə döyüşmək, gecə-gündüz işləmək, çalışmaqla ifadə olunurdu.
1970-ci illərdə Azərbaycan qadını ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonunda Azərbaycan qadını dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin - ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdı. Həmin illərdə Mərkəzi Komitənin I katibi işləyən Heydər Əliyev “Azərbaycan qadını” jurnalının 50 illik yubileyində özünün geniş və məzmunlu çıxışında Azərbaycan qadınının tarixi inkişafı haqqında belə bir əhəmiyyətli fikir söyləmişdir: “Biz görkəmli şairlərimizdən Məhsəti xanım Gəncəvinin, Xurşidbanu Natəvanın, ictimai xadim Həmidə xanım Məmmədquluzadənin və başqalarının adlarını dərin hörmət hissi ilə çəkirik. Tərəqqi yoluna çıxan qadınlar xalqımızın qızları üçün siniflər və məktəblər, dram dərnəkləri təşkil edir, Azərbaycan qadınlarını mədəniyyətə qovuşdurmağa hər vasitə ilə çalışırdılar. Lakin onlara müyəssər olan şeylər hüquqsuzluq zülmətində işıldaquşların parıltısına bənzəyirdi”.
Müstəqillik illərində də, 1993-2003-cü illərdə Heydər Əliyevin respublikamızda qadın hərəkatının inkişafında, dövlət qadın siyasətinin formalaşmasında, qadın hüquqlarının müdafiəsi və onun kişilərlə bərabər hüquq və bərabər imkanlara malik olması istiqamətində mühüm xidmətləri olmuşdur. Azərbaycan qadınlarının hüquqlarının Heydər Əliyev tərəfindən qorunması, onun milyonlarla azərbaycanlı qadınının bərabərlik, azadlıq arzularının təminatçısı olmasını təsdiqləyən faktlardan biri də 1995-ci ildə iyun ayında imzalanmış fərmanla BMT-nin “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya qoşulmağımız oldu. Burada xüsusilə qeyd etməliyik ki, o dövrdə BMT-nin bu konvensiyasına dünyanın bir sıra çox inkişaf etmiş ölkələri hələ də qoşulmamışdır. Həmin ildə BMT-nin təşkilatçılığı ilə Pekində Dünya Qadınlarınn IV Konfransının keçirilməsi gözlənilirdi. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu yox idi. Azərbaycan qadınlarının böyük bir qrupu Heydər Əliyevin xeyir-duası, tapşırığı və dəstəyi ilə 1995-ci il avqust-sentyabr ayında Pekində keçiriləcək bu konfransda iştirak etməli idi. Buna baxmayaraq, tez bir zamanda Heydər Əliyevin Sərəncamı ilə Pekində keçiriləcək IV Beynəlxalq Konfransda Azərbaycan qadınlarının yüksək səviyyədə təmsil olunmaları üçün Milli Hazırlıq Komitəsi yaradılmışdır. Yeri gəlmişkən, qeyd etməliyik ki, dünyanın bütün ölkələrindən on mindən çox qadının iştirak etdiyi 4-cü Beynəlxalq Pekin Konfransında Azərbaycan qadınları çox fəal iştirak etmiş və Qarabağ həqiqətlərini beynəlxalq qadın ictimaiyyətinə çatdırmışdı.
Heydər Əliyev o dövrdə ciddi maliyyə çətinliklərinin olmasına baxmayaraq, ölkədə qadın problemlərinin institusional həll edilməsi və qadın hərəkatının daha da inkişaf etdirilməsi üçün 1998-ci il yanvar ayının 14-də “Qadın Problemləri üzrə Dövlət Komitəsi” yaradılması və “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman və Sərəncam imzalamışdır. O dövrdə belə bir sənədin imzalanması ölkəmizdə və beynəlxalq aləmdə tarixi və əlamətdar hadisə olmaqla, həm də əhəmiyyətinə görə ciddi əks-səda doğurmuşdu.
Bu gün Azərbaycanda qadın hərəkatı beynəlxalq aləmdə böyük nüfuzu ilə tanınır. Minnətdarlıqla deməliyik ki, Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, formalaşmasında, yüksək səviyyəyə çatmasında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır.
Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmizin bütün sahələrində olduğu kimi, qadın hərəkatında da böyük tərəqqi əldə edilibdir.
Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da təsdiqləyir. Artıq respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. Heydər Əliyev irsi tükənməz və əbədiyaşar irs olmaqla, həm də mənəvi zənginliyimiz üçün işıqlı mirasdır. Heydər Əliyev irsi o qədər mükəmməl və zəngindir ki, onu bir tədqiqat işi ilə əhatə etmək mümkün deyil. Əminik ki, gələcək nəsillər tərəfindən də Zəfər yoluna işıq saçan bu irs tədqiq ediləcək, öyrəniləcək, xalqımızın, dövlətimizin gələcəyi, çiçəklənməsi və rifahı naminə tətbiq ediləcəkdir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır.
Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

