/ / Vaqif Poeziya Günləri çərçivəsində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının təqdimatı olub
Vaqif Poeziya Günləri çərçivəsində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçasının təqdimatı olub
14.07.2023 [20:51]
Şuşada Vaqif Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə “Azərxalça”nın yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsində “Azərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub.
Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.
İlk hissədə xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini və əzəmətini əks etdirən rəmzlər yer alıb. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici və daxili qarşıdurmalarla mübarizədə məhz xalqla birlikdə olmasını, xalqın inam və gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyev–xalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə Ümummilli Liderin ad və soyadının baş hərflərini əks etdirir.
Heydər Əliyev və təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ulu Öndərin milli musiqimizə olan sevgisi, ən sevdiyi gül – zoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində və bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvolları – tar, kaman, qaval, yallı, armudu stəkanda çay və s. elementlər də öz əksini tapıb.
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.
Ümummilli Liderin qətiyyəti, iradəsi və cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” mövzusu da xalça üzərində həkk olunub.
Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verib, aqrar sektorun inkişafı və regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin məhz bu sahədə olan fəaliyyəti əksini tapıb.
Triptixin sonuncu və ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuş “Keçmiş və gələcək – düşüncələr ayrıcında” adlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq və güc” rəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalında “İdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlar – qoruyucu mələklər, bitkilər – bolluq və firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı və dəstək elementi kimi öz əksini tapıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

