Kanada “töhfə” verəcək?
21.07.2023 [10:42]
NARDAR
Ötən ay Avropa İttifaqının Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması ilə bağlı qərar verildi. Artıq vakansiyalar elan olunub. Bu barədə Avropa İttifaqının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, missiyanın yeni üzvlərinin Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi planlaşdırılır.
Digər yeni bir xəbər ondan ibarətdir ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi daha bir ölkənin Ermənistandakı monitorinq missiyasına “töhfə vermək” təklifini təsdiqləyib. Belə ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin 18 iyul tarixli qərarına əsasən Kanada Ermənistandakı monitorinq missiyasına qoşulacaq. “Kanadadan Avropa İttifaqının Ermənistandakı Missiyasına (EUMA) töhfə qəbul edilir və bu, əhəmiyyətli hesab olunur. Kanada EUMA-nın büdcəsinə maliyyə töhfələrindən azaddır”, - deyə qərarda qeyd edilib. Qərarın qəbul olunduğu gündən qüvvəyə mindiyi vurğulanıb.
Ümumiyyətlə, son zamanlar regionda diqqətçəkən proseslər baş verir. Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədə xarici investisiyası ilə metallurgiya zavodu tikməyə çalışır, Qafanda əvvəlcə İran, indi isə Rusiya konsulluğu açılır. Növbəti qərar isə Avropa İttifaqının müşahidə missiyası ilə bağlı oldu. Rəsmi İrəvan bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, həm də missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbəri etirazla qarşılanır. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında indiyə qədər heç bir hüquqi baza, ikitərəfli razılaşma olmadığı faktını qabardır. Ermənilərin Zod və Dığ istiqamətində törətməyə çalışdıqları təxribatlar zamanı da Avropa İttifaqının missiyasının göstərdiyi yanaşma da erməni tərəfini qane etməmişdi.
Kanadanın Avropa İttifaqının monitorinq missiyasına qoşulması isə yeni siyasi oyun hesab edilə bilər. Artıq Ermənistan Xarici İşlər Nazirliyi Kanadanın Ermənistandakı Aİ mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü “alqışlayıb”. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin “twiter” paylaşımında “Biz Kanadanın Ermənistandakı Avropa İttifaqı mülki müşahidə missiyasının bir hissəsi olmaq təşəbbüsünü alqışlayırıq və bunu Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsində missiyanın roluna mühüm töhfə kimi qiymətləndiririk”- deyə qeyd edilib.
Nəzərə alsaq ki, Kanada Avropa İttifaqının üzvü deyil, belə olan təqdirdə bu ölkənin məlum missiyaya qoşulmaq istəyi suallar doğurur. Bu, ilk növbədə Kanadanın ermənipərəst siyasətinin göstəricisidir. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Kanada Azərbaycanın haqq işini deyil, Ermənistanı müdafiə etmişdi. Bu dəstəyin ifadəsi olaraq “Bayraktar” PUA-sı üçün müəyyən detalların Türkiyəyə satılmasını qadağan etmişdi. Səbəb də Azərbaycanın öz ərazilərini azad etməsində bu PUA-lardan istifadə etməsi göstərilirdi. Azərbaycanın müharibədə qələbə qazanmasından sonra da bu ölkə Fransa ilə yanaşı ermənilərin maraqlarına xidmət edən mövqe sərgilədi.
Əslində, Aİ missiyası məsləsi Fransanın və Qərbdəki digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunu idi. Artıq Kanada da bu oyuna qoşulmuş oldu. Məqsəd Ermənistana dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir. Lakin zaman göstərdi ki, belə cəhdlər fiaskoya uğrayır. Çünki beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Ona görə də, Kanada və Fransa kimi ölkələr nə qədər ermənipərəstlik etsələr də, məqsədlərinə nail olmayacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

