Cəmil Həsənli kimi aldatmağa çalışır?
22.07.2023 [10:30]
Faktı varsa, zəhmət çəkib iddialarını sübuta yetirsin...
Radikal müxalifətin ən böyük problemlərindən biri reallıq hissini itirməsidir. Xüsusilə, Əli Kərimlinin ətrafındakı azsaylı dəstə gerçəklikləri etiraf etmək cəsarətini özündə tapa bilmir. Adının önünə “professor” yarlığını yapışdırmaqdan qürrələnən Cəmil Həsənli kimiləri də bu baxımdan istisna deyil...
Kal və kar “siyasətçi”
“Adı var, özü yox” və ya “qrant mənbəyi” sayılan “milli şura”nın “fəxri ağsaqqalı” Cəmil Həsənli çox sayda “tələbə yetişdirdiyini” iddia etsə də, özü bir “siyasətçi” kimi yetişə bilməyib - kal və kar vəziyyətdədir. Duyduğunu anlayacaq, gördüyünü dərk edəcək, danış(d)ığını biləcək siyasi yetkinliyə çatmayıb. Belə olmasaydı, Ə.Kərimlinin tezislərini icra etmək üçün sosial şəbəkələrdə primitiv yalanlarla insanları aldatmağa çalışmazdı - reallıqlara kor olub hər şeyi qara rəngdə təqdim etmək üçün dəridən-qabıqdan çıxmazdı.
Ahıl yaşında ağ yalanlarının üzünə qırmızı gətirmədiyi adam xəcalət çəkirmi?
Cəmil “bəy” qeyd edir ki, “AXCP kütləvi partiyadır və kifayət qədər uğurlar qazanıb”. Bu ahıl yaşında ağ yalanlarının üzünə qırmızı gətirmədiyi bu adam, görəsən, dediklərindən utanırmı, xəcalət çəkirmi? Təbii ki, yox! Xəcalət çəksəydi, təhqiramiz şəkildə qovulduğu AXCP-nin qapısından yenidən girməz, Ə.Kərimlinin troluna çevrilməzdi...
Cəmil Həsənli Əli Kərimli ilə birgə şərikli biznesləri olan “milli şura”da önə çəkilənə qədər AXCP-də ciddi bir şəxs kimi qəbul edilməyib - bu faktı hər kəs, hətta AXCP üzvləri də etiraf edirlər. “Milli şura” adlı kiçik biznes qrupuna daxil olandan sonra “özünü təsdiq etməyə” çalışan Həsənli hətta Əli Kərimli ilə xaricdəki ermənipərəst emissarlar arasındakı körpü rolunu oynayıb. O, açıq şəkildə AXCP sədrinin “pulyığanı” kimi “şöhrət qazanıb”. Onun Qərbdə kimlərin himayəsində yaşadığını cəmiyyət yaxşı bilir - Azərbaycana və Türkiyəyə qarşı ermənipərəst iddiaların müəlliflərinin qarşısında “əl-pəncə” dayanan C.Həsənli indi hansı üzlə, hansı mənəvi haqla Azərbaycan xalqına “yol göstərir?”.
Özləri etiraf edirlər
Başqa bir məqam: C.Həsənli iddia edirsə ki, “AXCP kütləvi partiyadır”, bir də zəhmət çəkib bunu faktlarla sübut etsin - partiya üzvlərinin sayını göstərsin. Belə faktları yoxdursa, zəhmət çəkib hər kəsin gördüyü reallıqlardan danışsın. AXCP-nin hətta “milli şura” adlanan amorf qurumla birgə keçirdiyi “kütləvi aksiyalar” hər kəsin yaddaşındadır. Həmin “aksiyalara” 200 nəfərdən artıq şəxsi yığa bilmədiklərini elə Əli Kərimli özü etiraf etmişdi. Yaxud ağızdolusu “izdihamlı mitinq” anonsu verdikdən sonra “Məhsul” stadionuna ancaq özlərindən ibarət kiçik bir dəstənin çıxması kütləvi partiya olmaq göstəricisidir? C.Həsənliyə sual vermək lazımdır ki, sonrakı “icazəli mitinq”lərin təxirə salınmasının səbəbini niyə demir - mitinqlərə insanların gəlməməsi AXCP rəhbərliyi tərəfindən sosial şəbəkələrdə etiraf olunmamışdımı? Belə olan halda, C.Həsənlinin “kütləvilik serenadası” oxumağının adını nə qoymaq olar?
“Siyasi fərarilər”in “uğur hekayəsi”...
Gələk “uğur” məsələsinə, yaxud “uğur hekayəsi”nə... AXCP bu günə qədər hansı uğuru qazanıb? Heç bir seçkidə qalib olmayıb, xalqın etimadını heç vaxt doğrultmayıb. Ə.Kərimli və rəhbərlik etdiyi qrup siyasi manipulyasiya edərək bəzi seçkilərdə iştirakdan imtina edib. Bunun da arxasında bəlli səbəblər dayanır - Ə.Kərimli dəqiq bilir ki, ona heç kim etimad göstərməyəcək. Bu səbəbdən də “siyasi ömrünü” bu kimi “imtinalarla” uzatmağa çalışıb.
Hər halda, 1992-1993-cü illərdə Azərbaycanı xaos, anarxiya məkanına çevirmələrini “ən böyük uğurları” hesab edirlər. Yəqin, 30 il öncə elə isti yay günlərində ölkədə vətəndaş qarşıdurması yaradaraq qaçmaları bu “siyasi fərari”lərin ən böyük “uğurudur”.
SADİQ
Xəbər lenti
Hamısına baxGündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19

