Ankaradan dünyaya...
02.08.2023 [10:45]
Azərbaycanla Türkiyənin əlaqələri daha da dərinləşir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində iyulun 31-də xarici işlər naziri Hakan Fidanla görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov və Hakan Fidan arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə Azərbaycan və Türkiyə arasında çoxşaxəli ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub. Ceyhun Bayramov qardaş Türkiyə ilə müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və sair sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, dostluq, qardaşlıq, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqlik əlaqələrimizin bölgədə sabitliyin qorunmasında vacib rol oynadığını diqqətə çatdırıb. Təməlində Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının dayandığı qardaşlıq münasibətlərimizin inkişafında ölkələrimizin liderləri arasında qarşılıqlı təmasların mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
3 istiqamət...
Cari ildə imzalanmasının ikinci ildönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ölkələrimiz arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən nazir bundan sonra da əlaqələrimizin genişləndirilməsi istiqamətində əməli addımların atılacağını əminliklə vurğulayıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib. Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin, eləcə də digər çoxtərəfli təşəbbüslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Brifinq zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib Türkiyə ilə Azərbaycan arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Nazir iki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğunu qeyd edib.
Hakan Fidan: Laçın yolu Azərbaycan torpağıdır və hansı tədbiri istəsə, həyata keçirə bilər
Hakan Fidan bildirib ki, iki ölkə arasında münasibətlər getdikcə dərinləşir. O həmçinin deyib ki, Türkiyə beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırır. Nazir qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir. Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.
Türkiyə xarici işlər nazirinin Laçın yolunda baş verən hadisələrə də münasibət bildirib. Hakan Fidan deyib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil: “Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”.
Enerji sahəsində əməkdaşlığa toxunan Türkiyəli nazir TANAP və BTC-nin önəmini də qeyd edib:
“TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi. Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.
Ceyhun Bayramov: İğdır-Naxçıvan qaz kəmərinin inşası
2024-cü ildə başa çatacaq
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasında münasibətlər daha da dərinləşir. O qeyd edib ki, enerji sahəsi iki ölkə arasında mövcud münasibətlərin uğurlu istiqamətlərindən biridir və yaxın zamanda Türkiyə və Şərqi Avropa bazarlarına çıxarılan Azərbaycan təbii qazının həcminin artması baş tutacaq. C.Bayramov, həmçinin əlavə edib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası 2024-cü ildə başa çatacaq. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
C.Bayramov onu da deyib ki, türkiyəli həmkarı ilə bir sıra beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə edib. “Azərbaycanla Türkiyənin Ermənistanla münasibətlərin normallaşmasında ortaya qoyduğu münasibət göz önündədir”,- deyən nazir söyləyib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycan Ermənistanın etdiyi bütün qanunsuzluqlara baxmayaraq, qısa müddət ərzində Prezident İlham Əliyev açıq bəyanatla çıxış edərək bildirib ki, biz düşmənçilik səhifəsini bağlamağa və Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq.
“Eyni zamanda, Azərbaycan Türkiyə və Ermənistan arasında normallaşma prosesini də dəstəklədi. Azərbaycan bu bölgənin müharibələrdən uzaq bölgə olma istəyini ortaya qoyub. Ermənistanın mövqeyi isə şübhə doğurur. 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bəyan etməsi 2 il yarım çəkdi. Güman edirik ki, bu sözün sənəddə də əksini tapması bu qədər uzun çəkməz”, - deyə Ceyhun Bayramov əlavə edib.
Nazir xatırladıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmayan səviyyədə bir həmrəylik və qardaşlıq münasibətlərinin bariz nümunəsi olub. O qeyd edib ki, Türkiyə hökuməti və xalqının dəstəyi tarixi zamanda əlavə güc verib: “Müharibə zamanı olan mənəvi və siyasi dəstəyə əlavə olaraq, bu gün işğaldan azad olunmuş ərazilərin bərpası zamanı oraya yenidən, uzun onilliklərdən sonra həyatın qayıtdığı bir zamanda, Vətən həsrəti ilə yaşayan məcburi köçkün və qaçqınlarımızın ata-baba torpaqlarına qayıdışında, bu sülh quruculuğunda da Türkiyənin Azərbaycanın yanından olması bizim üçün çox önəmli və rəmzi məna daşıyır. Bu gün demək olar ki, o bölgələrdə bütün icra olunan layihələrdə, Azərbaycan şirkətləri ilə yanaşı, Türk şirkətlərinin iştirakı bizim üçün vacibdir”.
Zəngəzur dəhlizinin açılması yeni dönəmdə xüsusi aktuallıq kəsb edir
C. Bayramov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin açılması yeni dönəmdə xüsusi aktuallıq kəsb edir: “Postmünaqişə dövründə Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşılıqlı əsasda suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması önəm kəsb edir”. Nazir qeyd edib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq hərbi birləşmələrini çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi, Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi adı altında Azərbaycanın daxili işlərinə qarışması, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya olunmasına maneələr yaratması bölgədə sülh və əmin-amanlığa qarşı ən vacib təhdidlər arasındadır.
C.Bayramov İsveçdə və Danimarkada “Qurani-Kərim”in silsilə şəkildə yandırılması halları qəbuledilməz olduğunu və bunu pislədiyini deyib. Nazir bildirib ki, tərəflərin bunu insan hüquqları və söz azadlığı ilə əlaqələndirməsi tamamilə yersizdir. “Müsəlmanların hisslərinin tapdanması və nəzərə alınmaması heç kimə bu əməli söz azadlığı və insan hüquqları çətiri altında etməyə əsas vermir. Tərəflər bununla bağlı addımlar atmalıdır. Biz bunun nəticələrinə baxmalıyıq və nəticələrə əsasən onu qiymətləndirəcəyik. Təəssüflər olsun ki, islamofobiya bir sıra ölkələrdə geniş vüsət alıb. Müqəddəs kitablara qarşı olan təcavüz həmin islamofobiyanın təzahürlərindən sadəcə biridir. Bir sıra ölkələrdə bununla bağlı kampaniyalar görürük və bu tamamilə qəbuledilməzdir”.
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edib. Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov, səfəri çərçivəsində Türkiyə Prezidentinin Baş müşaviri Akif Çağatay Kılıçla da görüşüb. Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07

